Marsilio Ficino | |
---|---|
Marsilius Ficinus | |
Doğum tarixi | 19 oktyabr 1433[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1 oktyabr 1499[1] (65 yaşında) |
Əsas maraqları | fəlsəfə |
Vikianbarda əlaqəli mediafayllar |
Marsilio Ficino Marcilio Ficino (lat. Marsilius Ficinus, it. Marsilio Ficino) — italyan filosofu, humanist, astroloq, katolik keşişi, Florensiya Platon Akademiyasının qurucusu və rəhbəridir. Erkən intibah dövrünün aparıcı mütəfəkkirlərindən biri, Florensiya Platonizminin ən görkəmli nümayəndəsi. Ficino hər şedən əvvəl Platonun əsərlərinin latın dilinə ilk və tam tərcüməsinin müəllifi kimi tanınır. Bu XIX əsrin əvvəllərinə qədər ən yaxşısı tərcümə sayılırdı. Ficino həmçinin neoplatonçuların əsərlərini də tərcümə edirdi, xüsusən Plotininin "Ennead" əsərinin ilk tərcüməsi və bir çox başqa Platon yönlü mütəfəkkirlərin yazılarının tərcüməsi ona aiddir. Ficino tərəfindən Hermetik Korpusun (lat. Corpus Hermeticum) tərcüməsi Qərbi Avropa okkultizminin inkişafına böyük təsir göstərmişdir. Onun Platonun Dialoqlarına verdiyi şərhlər qədim yunan filosofunun təlimlərinin populyarlaşmasına kömək etdi. Müstəqil bir mütəfəkkir kimi Ficino, Zərdüştdən Platona və sonra erkən Kilsə Atalarına qədər antik dövrün müdrikləri arasında davamlı olaraq ötürülən xristian və fəlsəfi biliklərin sintezinin orijinal konsepsiyasının müəllifi kimi tanınır. Ficinonun dini ideyaları onun iri həcmli əsərlərində “Xristian dini haqqında” (1473) və Platonun “Ruhun ölməzliyi teologiyası” (1482) əsərlərində ümumiləşdirilmişdir. Ficinonun son əhəmiyyətli əsəri "Həyat haqqında üç kitab" (1489) tibbi, fəlsəfi və okkultik xarakterli müxtəlif nəzəriyyələri ehtiva edir. Əsərlərində qoyulan, lakin özünün inkişaf etdirmədiyi panteizm müddəaları Piko della Mirandolla, Françesko Patrisi, Cordano Brunonun fəlsəfi baxışlarına mühüm təsir göstərmişdir. Dünyəvi gözəlliyin və insan ləyaqətinin müdafiəsi orta əsrlər askentizmini dəf etməyə kömək etdi, təsviri incəsənətin və ədəbiyyatın inkişafına təsir etdi. Ficinonun kult, ritual və doqmatik fərqlərlə məhdudlaşdırılmayan “ümumbəşəri din” ideyası XVI—XVII əsrlər fəlsəfəsində “təbii din” təlimlərinin formalaşmasına təsir göstərmişdir.