Marşal Universiteti

Marşal Universiteti
Marshall University
Loqonun şəkli
Xəritə
38°25′30″ şm. e. 82°25′13″ q. u.
Əsası qoyulub 1837
Tələbə sayı 11.958[1]
Ölkə
Sayt marshall.edu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Marşal UniversitetiABŞ-ın Hantinqton şəhərində ictimai tədqiqat universiteti. Universitet ABŞ Ali Məhkəməsinin dördüncü sədri Con Marşalın[2] şərəfinə adlandırılıb.

Tarixi[redaktə | mənbəni redaktə et]

Old Main kampusu. Universitetin ən qədim kampusu.
Con Marşal heykəli.

Marshall Universiteti 1837-ci ildə özəl məktəb kimi təsis edilmişdir. İndi universitetin əsas inzibati binası olan Old Main, o zamanlar Virciniya ştatının Hebron kimi tanınan ərazisində tikilmişdir.[3]

30 mart 1838-ci ildə məktəb Virciniya Baş Assambleyası tərəfindən rəsmi olaraq Marşal Akademiyası kimi ayrıldı.[4]

1859-cu ildə Virciniya Baş Assambleyası universitetin adını Marşal Kolleci olaraq dəyişdirdi,[5] lakin bu dəyişiklik hələ də onun əsl kollec statusunu əks etdirmədi.

20 iyun 1863-cü ildə Amerika Vətəndaş müharibəsinin qızğın vaxtında Virciniyadan Qərbi Virciniya ştatı yaratmaq üçün 50 əyalət ayrıldı və kollec yeni ştatın bir hissəsi oldu.

1867-ci ildə Qərbi Virciniya Qanunverici orqanı məktəbi müəllimlər üçün təhsil müəssisəsi kimi canlandırdı və onu Marşal Kollecinin Dövlət Pedaqoji məktəbi adlandırdı.[6]

Beləliklə, kollecin dövlət ali təhsil müəssisəsi kimi tarixi başladı.

XX-ci əsr[redaktə | mənbəni redaktə et]

Köhnə Əsas kampus istisna olmaqla, binaların və kollecin genişləndirilməsi 1907-ci ildə başladı. Bu dəyişiklər Qərbi Virciniya Müdirlər Şurası sədrlik edən iclasda vəzifənin adını "Direktor"dan "Prezident"ə dəyişdikdə və kollec səviyyəsində yeni şöbələrin yaradılmasına icazə veriləndən sonra oldu.[5] Həmin dövrdə tələbə qəbulu 1000 nəfəri ötmüşdü.[7]

Kollec ilk dəfə 1920-ci ildə dörd illik dərəcələr təklif etməyə başladı.

Qərbi Virciniya Təhsil Şurası 1938-ci ildə Marşall Kollecinə altı proqram üzrə magistr dərəcələri təklif etməyə icazə verdi: Kimya, Elm, Tarix, Politologiya, PsixologiyaSosiologiya. Elə həmin il kollec "universitet səviyyəli müəssisə" kimi akkreditə olundu. İkinci Dünya Müharibəsindən sonra genişlənmə daha da sürətləndi.[8]

1961-ci ildə Qərbi Virciniya Qanunverici orqanı kolleci universitet statusuna yüksəltdi və bununla da Marşall Universiteti yarandı.[9]

XXI-ci əsr[redaktə | mənbəni redaktə et]

Universitetin talismanı olan bizon Markonun heykəli.

2021-ci ildə Marşal Universiteti Çarlstondakı Yeager Hava Limanında Bill Noe Uçuş Məktəbini açdı. Bill Noe Uçuş Məktəbi Tədris korpusu, anqar və Təyyarə parkını əhatə edir.

Aviasiya məktəbi iki bakalavr proqramı təklif edir:

  • Kommersiya pilotu
  • Təyarə və aviasiya texniki xidməti

Bu proqramlar 2021-ci ilin payızından başlayaraq tələbələri qəbul etməyə başladı və gələcəkdə əlavə proqramlarin olunmağı nəzərdə tutulur.[10]

Tələbələrin demək olar ki, 90%-ı universitetdən maliyyə yardımı alır.[11]

Kampusları[12][redaktə | mənbəni redaktə et]

  • Hantington Kampusu
  • Marşall Tibb Mərkəzi
  • Məhkəmə Elmləri Mərkəzi
  • Vizual İncəsənət Mərkəzi
  • Fiziki Müalicə Məktəbi
  • Cənubi Çarleston Kampusu
  • Mid-Ohio Valley Mərkəzi
  • Teays Valley Regional Mərkəzi
  • Erma Bird Ali Təhsil Mərkəzi.

Akademik strukturu[redaktə | mənbəni redaktə et]

Biotexnologiya Mərkəzi
Universitetin İstirahət Mərkəzi.

Marşal Universiteti bakalavr, magistr, doktarantura proqramları təklif edir.[11]

Ali məktəbləri və kollecləri:[redaktə | mənbəni redaktə et]

  • İncəsənət və Media Kolleci
  • Biznes Kolleci
  • Təhsil və Peşəkar İnkişaf Kolleci
  • Mühəndislik və Kompüter Elmləri Kolleci
  • Sağlamlıq Peşələri Kolleci
  • İncəsənət Kolleci
  • Elm Kolleci
  • Əczaçılıq fakültəsi
  • Fizioterapiya Məktəbi
  • Edvards Tibb Məktəbi

Kitabxanaları[11][redaktə | mənbəni redaktə et]

  • Drinko Kitabxana və İnformasiya Mərkəzi
  • Morrou Kitabxanasının Xüsusi Kolleksiyaları
  • MUSC kitabxanası

Atletika[redaktə | mənbəni redaktə et]

Universitetdə voleybol, üzgüçülük və suya tullanma, tennis, yüngül atletika, futbol, beysbol, basketbol, ​​kross və qolf idman komandaları fəaliyyət göstərir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Integrated Postsecondary Education Data System. 1992.
  2. "Arxivlənmiş surət". 2024-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-14.
  3. Brown, Lisle, ed."Marshall Academy, 1837." Arxivləşdirilib iyun 28, 2014, at the Wayback Machine Marshall University Special Collections. Sept. 1, 2004, Dec 20. 2006.
  4. Lewis, Virgil A. "A history of Marshall Academy, Marshall College and Marshall College State Normal School." Arxivləşdirilib iyul 5, 2007, at the Wayback Machine Marshall University. December 20, 2006
  5. 1 2 "Becoming A Real College: 1910–1929". January 7, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 3, 2008.
  6. Brown, Lisle, ed. "Marshall Academy, 1856." Arxivləşdirilib iyun 28, 2014, at the Wayback Machine Marshall University Special Collections. Sept. 1, 2004, Dec 20. 2006
  7. https://web.archive.org/web/20160115234600/http://www.marshall.edu/muhistory/EARLY/EARLY.asp
  8. "100 Years and Growing: 1930–1939". March 11, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 3, 2008.
  9. "A University at Last: 1960–1969". March 11, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 3, 2008.
  10. "Marshall University Bill Noe Flight School opens". wsaz.com (ingilis). 2021-08-10. 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-02.
  11. 1 2 3 "Arxivlənmiş surət". 2022-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-14.
  12. "Arxivlənmiş surət". 2022-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-14.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]