Massimo Ambrosini

Massimo Ambrosini
it. Massimo Ambrosini
Ümumi məlumatlar
Doğum tarixi 29 may 1977(1977-05-29)[1][2][…] (47 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 182 sm
Çəkisi 72 kq
Mövqeyi yarımmüdafiəçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Massimo Ambrosini (it. Massimo Ambrosini ; 29 may 1977[1][2][…], Pezaro, Marke) — İtaliyalı keçmiş futbolçu. Yarımüdafiəçi kimi çıxış edib.

Klub karyerası

[redaktə | vikimətni redaktə et]

Massimo "Çezena" futbol məktəbinin yetirməsidir. Bu klubda o, daha sonra 17 yaşında peşəkar futbolda debüt edir. Klubdakı ilk mövsümünü kifayət qədər yüksək səviyyədə keçirərək (25 oyun), "Milan" klubuna transfer edilir.

San Siroda ilk iki mövsümdə cəmi 18 çempionat oyunundan sonra Ambrosini, bir mövsüm icarə əsasında "Viçentsa" klubunda oynayır. Həmin mövsüm Massimonun yeni komandası Kuboklar Kubokunun yarımfinalına yüksəlir. Bu uğurlu mövsümdən sonra Ambrosini "Milan"a qayıdır və burada komandanın əsas heyətində yer alaraq ilk mövsümdə klubu ilə Skudetto qazanır.

Hər mövsüm oyununu bir azda yaxşılaşdıran Ambrosini İtaliya millisinə dəvət alır və milli komanda ilə Avro 2000-də iştirak edir və burada komandası ilə birlikdə turnirin finalına yüksəlir.

18 mövsüm keçirdiyi "Milan"ın heyətində 2009-cu ildə kapitan olur. Massimo "Milan" ilə, Çempionlar Liqasının qalibi (2003, 2007), Avropa Superkubokunun qalibi (2003, 2007), İtaliya Kubokunun qalibi (2003), İtaliya çempionu (1996, 1999, 2004, 2011) və İtaliya Super Kubokunun qalibi (2011) olur.

İtaliyalı futbolçunun karyerası, bəlkə də, daha parlaq ola bilərdi, lakin tez-tez alınan zədələr oyunçunun öz bacarıqlarını tam şəkildə ortaya qoymasına mane olur. Xüsusən də bu zədələrə görə o, nə 2002-ci il Dünya Kubokunda, nə də 2006-cı ildə Dünya Kubokunda oynaya bilmir.

Avro 2008-də İtaliya millisinin bütün oyunlarında iştirak edib.

2012-ci ildə Ambrosini.

Milan

İtaliya millisi

  1. 1 2 Massimo Ambrosini // Transfermarkt (çd.). 2000.
  2. 1 2 MASSIMO AMBROSINI // Argentine Soccer Database (isp.).

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]