Massimo D'Alema | |
---|---|
it. Massimo D'Alema | |
Prezident | Oskar Luici Skalfaro Karlo Adzelio Çampi |
Əvvəlki | Romano Prodi |
Sonrakı | Culiano Amato |
COPASİR-in prezidenti | |
26 yanvar 2010 – 15 mart 2013 | |
Əvvəlki | Françesko Rutelli |
Sonrakı | Cakomo Stukki |
İtaliya baş nazirinin müavini | |
17 may 2006 – 8 may 2008 | |
Əvvəlki | Culio Tremonti |
Sonrakı | Ancelino Alfano |
İtaliyanın Xarici İşlər naziri | |
17 may 2006 – 8 may 2008 | |
Əvvəlki | Canfranko Fini |
Sonrakı | Franko Frattini |
Sosialist İnternasionalının sədr müavini | |
29 oktyabr 2003 – 29 iyun 2008 | |
Sol Demokratların sədri | |
6 noyabr 1998 – 14 oktyabr 2007 | |
Əvvəlki | Cilya Tedesko Tato |
Sonrakı | Vəzifə ləğv edilib. |
Sol Demokratların katibi | |
12 fevral 1998 – 6 noyabr 1998 | |
Əvvəlki | Vəzifə təsis olunub. |
Sonrakı | Valter Veltroni |
Solçu Demokratik Partiyanın katibi | |
1 iyul 1994 – 12 fevral 1998 | |
Əvvəlki | Akille Okketto |
Sonrakı | Vəzifə ləğv edilib. |
İtalyan Kommunist Gənclər Federasiyasının katibi | |
3 aprel 1975 – 12 iyun 1980 | |
Əvvəlki | Renzo İmbeni |
Sonrakı | Marko Fumaqalli |
Şəxsi məlumatlar | |
Doğum adı | Massimo D'Alema |
Doğum tarixi | 20 aprel 1949[1][2][…] (75 yaş) |
Doğum yeri | Roma, Latsio, İtaliya |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, diplomat, jurnalist |
Həyat yoldaşı | Linda Giva |
Uşağı | 2 |
Dini | katolisizm |
Rəsmi səhifəsi | |
Vikianbarda əlaqəli mediafayllar |
Massimo D'Alema (tam adı: Massimo D'Alema, it. Massimo D'Alema; 20 aprel 1949[1][2][…], Roma)[3] — İtaliya siyasətçisi, İtaliyanın 53-cü baş naziri (1998-2000). Sonralar 2006-2008-ci illərdə baş nazirin müavini və xarici işlər naziri kimi çalışmışdır. O, həmçinin jurnalistdir. Adı Massimo olduğuna, eləcə də İkinci Respublika dövründə solçu koalisiyalarda hakim mövqeyinə görə KİV-də onu Lider Maksimo (ing. Leader Maximo) da adlandırırdılar.[4] İlk işlədiyi illərdə İtalyan Kommunist Partiyasının üzvü olmuşdur. O, həmçinin NATO ölkəsinin baş naziri olan ilk keçmiş kommunist və İtaliyanın yeganə keçmiş kommunist baş naziridir.
Massimo D'Alema 20 aprel 1949-cu ildə[3] Romada kommunist siyasətçi Cüzeppe D'Alemanın ailəsində anadan olmuşdur. Siena Universitetinin professoru Linda Giva ilə ailə həyatı qurmuşdur və Culiya və Françesko adlı iki övladı var. Sonralar Massimo İtalyan Kommunist Partiyasının (İKP) görkəmli üzvünə çevrilmişdir. Daha sonra həmin partiyanın əsasında 1991-ci ildə Solçu Demokratik Partiya (SDP), 1998-ci ildə isə Sol Demokratlar (SD) partiyaları qurulmuşdur. 1998-ci ildə Zeytun Ağacı mərkəz-solçu koalisiyasının lideri kimi Romano Prodidən sonra Baş nazir olmuşdur. O, NATO ölkəsinin baş naziri olan ilk keçmiş kommunist və 1946-cı ildə İtaliya respublika olduqdan sonra doğulan İtaliyanın ilk Baş naziridir.
D'Alema Baş nazir olarkən İtaliya 1999-cu ildə NATO-nun Yuqoslaviyaya qarşı müharibəsində iştirak etmişdir. Hücum Silvio Berluskoni və mərkəz-sağ müxalifət tərəfindən dəstəklənsə də, ultra-solçular buna şiddətlə qarşı çıxmışdılar.
Partiyasının daxili həyatında İKP-dən SDP-ə keçid dövründə D'Alema marksizm əsasları müasir Qərb Avropa sosial-demokratik partiyası yaratmaq məqsədi ilə yenilənməlidir.
O, İtalyan Kommunist Partiyasının keçmiş rəsmi qəzeti L'Unitànın direktoru olmuşdur. Həmin qəzet sonralar Sol Demokratların qəzetinə çevrilmişdir.
D'Alema Avropa Sosialistlər Partiyası qrupunun bir hissəsi olan Sol Demokratlardan Cənubi İtaliyanı təmsil edən Avropa Parlamentinin deputatı idi. O, İtaliya Deputatlar Palatasına seçilənədək Avropa Parlamentinin Balıqçılıq və Xarici İşlər Komitələrinin üzvü olmuşdur.
Romano Prodinin 2006-cı ilin aprel seçkilərində qələbəsindən sonra, Deputatlar Palatasının yenidən çağırılması ilə D'Alemanın ilk növbədə İtaliya prezidenti olacağı gözlənilirdi, lakin D'Alema geri addım ataraq özü mərkəz-solçu koalisiyanın rəsmi namizədi Corco Napolitanonu təsdiqlədi, hansı ki seçilmişdi. 2006-cı ilin aprel seçkilərindən dərhal sonra ona Deputatlar Palatasının gələcək sədri olmaq təklif edilmişdi. Bununla belə, Kommunist Yenidən Quruluş Partiyası şiddətlə Fausto Bertinottinin növbəti sədr olmasını istəyirdi. Qızğın müzakirələrdən bir neçə gün sonra D'Alema siyasi partiyalar arasındakı qarşıdurmanın qarşısını almaq məqsədilə geri addım atdı: onun bu hərəkəti müttəfiqləri tərəfindən alqışlandı. Elə həmin ay o, yeni Prodi hökumətinin Xarici işlər naziri və Baş nazirin müavini təyin olundu. O bu vəzifələrdə 2008-ci ilədək - Prodinin hökuməti hakimiyyətdən gedənədək və Berluskoninin sağ qanad koalisiyası növbəti 2008-ci ilin aprel seçkilərində üstün gələnədək xidmət etdi. D'Alema bu seçkidə yenicə yaradılmış Demokratik Partiyanın üzvü kimi yenidən Deputatlar Palatasına seçildi.[3]
2006-2008-ci illərdə Romano Prodinin mərkəz-sol hökumətində İtaliyanın Xarici işlər naziri olarkən Massimo D'Alema 2006-cı il Livan müharibəsində olduqca proaktiv diplomatik mövqe nümayiş etdirmişdi. İtaliya İsrailin Xarici işlər naziri Tsipi Livni ilə danışıqlara rəhbərlik edirdi və İsrail tərəfindən İtaliyanın beynəlxalq sülhməramlı missiya olan UNİFİL-ə rəhbərlik etməsi təklif olunmuşdu. Baxmayaraq ki, İtalyan qoşunları üçün missiyanın təhlükəli olması mərkəz-sağ müxalifət tərəfindən xəbərdarlıqların baş qaldırmasına səbəb olmuşdu. Belə ki, müxalifət bunun İsrail və yaxşı silahlanmış Hizbullah arasında sıxışdırılmış sülhməramlılardan ibarət "kamikaze" missiya olmasını sübut edə bilərdi.[5] D'Alema, Livan haqqında Birləşmiş Millətlər Təşkilatının qətnaməsini yerinə yetirməyə hazır olduqlarını bildirmiş və digər Avropa Birliyinə üzv ölkələri də eyni şeyi etməyə çağırmışdı, çünki Yaxın Şərqdəki sabitlik Avropalılar üçün başlıca narahatlıq olmalıdır.[6]