Mastaba (ər. مصطبة, DMG maṣṭaba, "daş kətil və ya oturacaq") — Qədim Misirin İlkin və ən qədim dövrlərinə aid dördkünc (kvadrat) formalı qəbir məqbərə. Mastaba ehramın oturacaq forması olub, divarları relyeflərlə bəzədilmiş bir neçə otaq və hücrələrdən ibarət alt qata və ya zirzəmiyə malik məzar tikilisidir. Məhz sonralar mastaba tikilisi əsasında ehramlar inşa olunmuşdur.