Matyaş Rakoşi | |
---|---|
mac. Mátyás Rákosi | |
Şəxsi məlumatlar | |
Doğum adı | Rosenfeld Mátyás |
Doğum tarixi | |
Doğum yeri | Ada, Avstriya-Macarıstan imperiyası |
Vəfat tarixi | (78 yaşında) |
Vəfat yeri | Qorki şəhəri, Sovet İttifaqı |
Dəfn yeri | |
Milliyyəti | Macar |
Vətəndaşlığı | Macarıstan |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | Fernia Kornilova (1903-1980) |
Dini | ateizm |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Matyaş Rakoşi (9 mart 1892[1][2][…] – 5 fevral 1971[3][1][…], Nijni Novqorod[4]) — Macar kommunist siyasətçi.[5][6]
Matyaş Rakoşi 1892-ci ilin mart ayının 9-da Avstriya-Macarıstan imperiyasının Ada bölgəsinin Baks-Qodroq kəndində yəhudi əsilli ailənin dördüncü uşağı kimi anadan olmuşdur. Bu ərazi hal-hazırda Serbiyanın Voyvodina ərazisi adlanır.[6]
I Dünya müharibəsində Avstriya-Macarıstan ordusunda xidmət etmişdir.Şərq cəbhəsində Rus ordusuna əsir düşmüş və müharibənin sonlarına qədər burada əsir kimi qalmışdır. Rusiyada vətəndaş müharibəsi alovlandığı zaman əsirlikdən qaçaraq bolşevik hərəkatına qoşulmuşdur.
Macarıstana qayıtdıqdan sonra Bela Kunun rəhbərliyində yerli bolşevik hərəkatına qoşulmuşdur. 1945-1956-ci illər arasında Macarıstan Kommunist partiyasının birinci katibi olmuşdur, 14 avqust 1952- 4 iyul 1953-cü illər arasında Macarıstanın baş naziri olaraq çalışmışdır.[5]
Xruşşovun Gizli nitqindən az sonra Matyaş Rakoşi vəzifəsindən azad edildi və onu müavini Erno Gero əvəz etdi. Onu tamamilə macar siyasi səhnəsindən təmizləmək üçün Sovet rəhbərliyi tərəfindən Qırğızıstana göndərildi. İctimaiyyətə isə bunun tibbi müalicə ehtiyacı səbəbindən olduğu bildirildi.[7]
Ölümünə az qalmış - 1970-ci ildə ona siyasətə qarışmayacağına dair söz verəcəyi halda vətəninə geri dönmə icazəsi verildi. Lakin o, Sovet rəhbərliyi ilə bütün danışıqları rədd etdiyini bildirərək, təklifi rədd etdi. 1971-ci ildə isə Qorki şəhərində vəfat etdi. Ölümündən sonra onun külləri gizli formada Macarıstana gətirildi və Budapeştdəki Farkasreti Cemetery məzarlığında dəfn edildi. Məzarı vandalizmdən qorumaq üçün məzar daşının üzərinə yalnız adının baş hərfləri yazılmışdı.