Mavi İmpuls | |
---|---|
Növü | Aerobatika komandası |
Yaranma tarixi | 4 mart 1960 | (qurulma) - Günümüz
Ölkə | |
Tabedir | Yaponiya Hava Özünümüdafiə Qüvvələri |
Rəngləri |
Ağ, mavi |
Təchizatı | Kawasaki T-4 |
mod.go.jp/asdf/pr_report… | |
Vikianbarda əlaqəli mediafayllar |
Mavi İmpuls (ブルーインパルス, Buru İnparusu?) — Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus aerobatika eskadronudur. Komanda 1960-cı ildə yaradılmışdır. Uçuşlar üçün 6 ədəd F-86 Sabre təyyarəsi istifadə olunurdu. 1995-ci ildən etibarən aviaşoular üçün Kawasaki T-4 təyyarələri istifadə olunur.[1]
Yaponiyaya məxsus ilk aerobatika komandası qeyri-rəsmi olaraq 1958-ci ildə yaradılmışdır. Həmin komanda dörd nümayişdən sonra dağıldı. 1959-cu ildə ABŞ aerobatika komandası olan Thunderbirds-in Yaponiyaya ziyarətindən sonra Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin komandirləri öz aerobatika komandalarını yaratmaq üçün ilhamlandı. 1960-cı ildə yeni komanda yarandı. Hansı ki, 1958-ci ildə yaranmış komandadan 3 pilot orada iştirak edirdi.
Komananın ilk nümayişi 1960-cı il 4 mart tarixində baş tutudu. Əvvəlcə komanda "Tenryu" adlanırdı. Adın qərb dillərində çətin tələffüz olunduğu nəzərə alınaraq, komanda Mavi İmpuls adlandırıldı. 1961-ci ilə qədər hər bir təyyarə ayrı rəngdə idi. Sonradan isə bütün təyyarələr ağ və mavi rənglərdən ibarət olacaq formada boyandı.