Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Mavəraünnəhr və ya Mavəraənnəhr (ərəbcə: ما وراء النهر — ma vəra ün-nəhr "çayın o tayı"), farsca Vərarud və latınca Transoksiana kimi də tanınan Orta Asiyada tarixi bölgə. Əvvəllər Amudəryanın sağ sahilinə nəzərən işlənilən bu adı VIII əsrdə buranı fəth etmiş ərəblər verib. Sonralar "Mavəraünnəhr" toponimi Sırdərya ilə Amudəryanın arasındakı ərazini nəzərdə tuturdu. Fərqanə vadisi və Pamiri istisna edərək, Mavəraünnəhr qədim Suğdun ərazisini əhatə edir. Bugünkü Özbəkistanın və Tacikistanın böyük qismini ehtiva edir. Səmərqənd, Buxara və Xücənd kimi tarixi şəhərlər burada yerləşir.
Tarix ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Dickens, Mark (2018). "Transoxiana". In Nicholson, Oliver (ed.). The Oxford Dictionary of Late Antiquity. Oxford: Oxford University Press. ISBN 978-0-19-866277-8.