May sıxıntısı (film, 1999)

May sıxıntısı
türk. Mayıs Sıkıntısı
Janr dram filmi[1], komediya filmi[1]
Əsas mövzu kino istehsalı[d][2], kinematoqraf[d][2], ailə[2]
Rejissor
Prodüser
İcraçı prodüser Nuri Bilgə Ceylan
Ssenari müəllifi
Operator
Quruluşçu rəssam Nuri Bilgə Ceylan
Montajçı Nuri Bilgə Ceylan[2]
İlk baxış tarixi 1999
Müddət 130 dəq.
Ölkə
Dil türk dili
Rəng rəngli[d]
IMDb ID0234217

May sıxıntısı — 1999-cu ildə rejissor və ssenarist Nuri Bilgə Ceylanın çəkdiyi Türkiyə filmi.

Rejissorun ilk rəngli filmi və avtobioqrafik seriyanın ardı kimi yadda qalır. Bu filmdə də "Qəsəbə"də olduğu kimi rejissorun valideynləri, əmioğlusu Emin Toprak və dostu Müzəffər Özdəmir çəkilir. Film Nurinin böyüdüyü Yenicədə çəkilir. Yenə sırf bir mövzu yoxdu. Rejissor görüntülərlə və tamaşaçı düşüncələri ilə uyğunlaşdırılmış film çəkir. Bu dəfə xronometraj 2 saatdan da çox olur. Amma bu dəfə də filmin büdcəsi çox az olduğundan açıqlanmağa ehtiyac duyulmur. "May buludları" "Siyad mükafatları"nda, "Antalya", "İstanbul", "Ankara", "Buenos Ayres" və "İsgəndəriyyə" film festivallarında bolluca mükafatlar qazanır və rejissorun ildən ilə daha iddialı olduğunu sübuta yetirir.

  • Mehmet Emin Toprak — Saffet
  • Mehmet Emin Ceylan — Emin
  • Fatma Ceylan — Fatma
  • Muzaffer Özdemir — Muzaffer
  • Muhammed Zımbaoğlu — Ali
  • Sadık İncesu — Sadık