Mayaquana | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi |
|
Uzunluğu |
|
Eni | 11,8 km |
Hündür nöqtəsi | 7 m[1] |
Əhalisi |
|
Yerləşməsi | |
22°22′33″ şm. e. 72°54′30″ q. u. | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Mayaquana (ing. Mayaguana) — Baham adalarında ada və rayon. Baham adalarının şərq hissəsində yerləşir. Toponimi aravak mənşəli olan iki adadan biridir.
Mayaquana adasının 1812-ci ilə qədər əhalisi yox idi. Bu dövrdə Törks və Kaykos adalarının sakinləri tədricən adaya köçmüşdür.
Braziliya tarixçisi Antonio Varnhagen 1824-cü ildə Mayaquananın Quanahani olduğunu, Kristofer Kolumbun Amerikanı kəşf etdiyi zaman tapdığı ilk ada olduğunu irəli sürmüşdür. Onun nəzəriyyəsi sadəcə kiçik miqyasda dəstəklənmişdir.[2]
2010-cu ilin məlumatına görə, Mayaquananın əhalisi 277 nəfərdir.[3] Əhalinin balıqçılıqla və meşəlik ərazinin münbit torpaqlarını becərməklə məşğul olur.
Mayaquana Baham adalarının 32 rayonundan biridir. Rayonun inzibati mərkəzi Eybrahams-Bey qəsəbəsidir. Rayonun sahəsi 285 km2, əhalisi 271 nəfərdir.