Mazda

Mazda
マツダ株式会社
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi kabuşiki qaişa[d]
Sənaye avtomobil sənayesi
Məhsulları mühərrik, Minik avtomobili
Təsis tarixi 30 yanvar 1920[1]
Struktur
İşçi sayı
  • 46.398 nəf. (2016)
mazda.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Mazda emblemi
Mazda Cosmo Sport
Mazda RX-7 (birinci nəsil)

MazdaMazda Motor Corporation və ya original adıyla Matsuda Kabushiki-kaisha, Hiroşima, Yaponiyanin avtomobil markası.

Mazdanın əsası Dzyudziro Matsuda (Jujiro Matsuda) tərəfindən 1920-ci ildə qoyulub. Şirkət yaradılarkən mantar (probka) ağacından inşaat materiallarının hazırlanması sahəsində fəaliyyət göstərirdi.

1920-ci illərdə motosikletlərin kiçik sınaq partiyasını buraxan şirkət 1929-cu ildə dəzgah istehsalına keçdi. Hətta 1930-cu ildə şirkətin istehsal etdiyi motosikletlər yarışlarda qələbə qazanmışdı.

1931-ci ildə şirkət sırf yapon üslubunda avtomobillərin istehsalına başladı. Bunlar 500 kubsantimetr həcmli mühərrikləri olan üçtəkərli yük avtomobilləri idi.

Bu avtomobillər üçün ticarət markası kimi "Mazda" sözü seçildi. Bu, Zərdüşt dinində baş allahın – işıq allahının adı idi. Həm də bu ad şirkətin yaradıcısı Matsudanın adına bənzəyirdi.

Müharibədən və Xirosimadakı atom bombası partlayışından sonra Toyo Kogyo zavodu xoşbəxtlikdən yalnız qismən zədələnmişdi. Artıq 1950-ci ildə şirkət 1157 kubsantimetr həcmli mühərriki olan üçtəkərli Type CT yük avtomobilləri, kompakt yanğınsöndürən avtomaşınlar və adi yük avtomobilləri istehsal etməyə başladı.

1952-ci ildə Dzyudziro Matsuda vəfat etdi. Bundan bir il əvvəl şirkətin prezidentliyi onun oğlu Tenudziyə (Tenuji Matsuda) keçmişdi. Şirkət yalnız 1960-cı ildə, yaponların rifah halı yüksəlməyə başladıqda minik avtomobilləri istehsal etməyə başladı. İlk minik avtomobili modeli R360 oldu.

Bu, ikiqapılı şəhər avtomobili idi. O, iki silindrli 356 kubsantimetr həcmə malik mühərriklə təchiz olunmuşdu. Bu avtomobil təmtəraqlılığı ilə seçilmirdi, amma əvəzində ucuz və rahat idi.

1970-ci ilədək rotorlu mühərriki olan 100 min avtomobil istehsal olundu. Bundan başqa, 1969-cu ildə Mazda avtomat transmissiyaların birgə istehsalı sahəsində ilk dəfə Ford ilə əməkdaşlığa başladı, Yeni Zelandiyada yığma zavodunu açdı, 1970-ci ildə isə rotorlu avtomobillərin ABŞ-yə ixracına başlanıldı.

70-ci illərin başlanğıcında daha bir rotorlu model işıq üzü gördü. Bu, 1971-ci ildə istehsal olunmuş Savanna/RX-3 modeli idi. 1972-ci ildə Luce/RX-4 buraxıldı. İstehsal olunan avtomobillərin ümumi sayı həmin il 5 milyon həddini keçdi, 1973-cü ildə isə ixrac olunan avtomobillərin sayı 1 milyona çatdı.

Rotorlu mühərriklə təchiz olunan avtomobillər kifayət qədər uğurla satılırdı, amma 1974-cü ildə vüsət almış neft böhranı bu avtomobillərə ciddi ziyan vurdu. Belə ki, digər Mazda mühərrikləri ilə müqayisədə rotorlu mühərriklər daha çox yanacaq və yağ sərf edirdi.

1978-ci ildə rotorlu-porşenli mühərriki olan milyonuncu avtomobil istehsal olundu. 1979-cu ildə Rod Millen ABŞ-yə getdi və orada iki il dalbadal Mazda RX-7 avtomobilində ralli üzrə çempion oldu. Elə həmin dövrdə Ford Motor konserni Toyo Kogyo-nun səhmlərinin 25%-ini aldı.

1980-ci ildə Mazda Familia Yaponiyada ilin avtomobili oldu. Mazda avtomobil markası bu dövrdə artıq dünya bazarında mövqeyini möhkəmləndirmişdi. 1981-ci ildə ABŞ-də və Avropada onun nümayəndəlikləri açıldı, 1982-ci ildə Capella modeli Yaponiyada ilin avtomobili oldu. O, 1983-cü ildə "Motor Trend" dərgisi tərəfindən ixrac avtomobilləri arasında ən yaxşı avtomobil elan edildi və çoxlu sayda nüfuzlu xarici mükafatlar qazandı.

Bu dövrdə Miosi sınaq poliqonunda aerodinamik sınaqlar laboratoriyası inşa edildi, yeni mikroavtobuslar ailəsi – Bongo/Bongo Brawny işıq üzü gördü. Mazda şirkəti Kia Motors-un aktivlərinin 8%-inin alaraq onunla maliyyə ittifaqına girdi. 1984-cü ildə şirkətin adı dəyişdirilərək Mazda Motor Corporation qoyuldu.

1986-cı ildə "Motor Trend" dərgisi Savanna RX-7-ni ilin ixrac avtomobili adlandırdı. Elə həmin il bu model Bonnevildə sürət üzrə milli rekord müəyyən etdi (SCTA's C/Grand Touring sinfində 383,724 km/saat). 1987-ci ildə rotorlu Mazda mühərrikinin 20 illiyinin şərəfinə kabriolet kuzovlu Savanna RX-7 istehsal olundu. Miçiqanda yeni Mazda Motor Manufacturing Corporation (MMUC) zavodunda avtomobillərin istehsalına başlanıldı, Yokohamada yeni tədqiqat mərkəzi açıldı, həmçinin Mazda zavodunda istehsal olunmuş Ford Festiva/121 modeli işıq üzü gördü.

1988-ci ildə Amerika ilə bağlı bütün əməliyyatları birləşdirmək məqsədi ilə ABŞ-də Mazda Motor of America, Inc. və Mazda Research and Development of North America, Inc. (MRA) korporasiyaları yaradıldı. Amerika bazarında MPV modeli peyda oldu. Bu dövrdə Mazda yeni rəngləmə texnologiyası (Hi-Reflex) hazırladı. 1989-cu ildə Mazda Çikaqo avtosalonunda yeni MX-5 Miata rodsterini təqdim etdi.

Uğurlu dizaynı və münasib qiyməti sayəsində bu model ABŞ-də və digər ölkələrdə böyük populyarlıq qazandı. Tokio avtosalonunda şirkət Autozam Carol modelini nümayiş etdirdi. Mazda 1989-cu ildə Citroën BX modelini, 1990-cı ildə isə Citroën AX modelini Yaponiyaya ixrac etməyə başladı.

1990-cı ildə Yaponiyada MPV, Eunos Cosmo (bu model naviqasiya sistemi ilə təchiz olunmuşdu) Autozam Revue/121 kimi modellər peyda oldu. 1990-cı ildə MX-5 modeli Yeni Zelandiyada ilin avtomobili elan olundu, istehsal edilmiş avtomobillərin ümumi sayı 25 milyona çatdı (onlardan 1 milyonu RX-7 modeli idi), Almaniyada şirkətin nümayəndəliyi açıldı.

1991-ci ildə Yaponiyada Sentia/929 lüks-klass sedanı işıq üzü gördü, Mazda 787B modeli 24 saatlıq Le Man (Le Mans) yürüşündə qalib gəldi (bu qələbə Yaponiya istehsalı olan avtomobilin bu yarışlarda ilk qələbəsi, həm də rotorlu mühərriki olan avtomobilin yeganə qələbəsi idi). 29-cu Tokio avtosalonunda rotorlu mühərriklə təchiz olunan, hidrogenlə işləyən HR-X modeli nümayiş etdirildi, Yaponiyada Efini satış kanalı yaradıldı, yeni Cronos sedanı işıq üzü gördü.

1992-ci ildə 300.000-ci MX-5 avtomobili satıldı; RX-7 modeli Daytonda 11 il dalbadal GTU sinfində 24 saatlıq yürüşlərdə qalib gəldi. Miçiqandakı (ABŞ) Mazda Motor Manufacturing korporasiyası AutoAlliance International (AAI) şirkətinə çevrildi, burada Mazda və Ford bərabər paylara malik idilər.

Yaponiyadakı Eunos satış kanalı vasitəsilə yeni MX-6 modeli nümayiş etdirildi. Autozam satış kanalı vasitəsilə məxsusi olaraq Yaponiyanın daxili bazarı üçün nəzərdə tutulan AZ-1 modeli, habelə ikiyerlik mikromobil və Eunos 500/Xedos 6 modeli istehsal olundu.

Bu dövrdə şirkətin fəaliyyətinin ekoloji istiqaməti güclü surətdə inkişaf etdirildi: "Mazda-nın qlobal ekoloji xartiyası" qəbul edildi, hər cür plastika növlərindən yağları bərpa edən yeni neytrallaşdırıcı katalizator yaradıldı, həmçinin dünyada ilk dəfə dəfələrlə təkrar emal oluna bilən plastik kompozit hazırlandı.

Almaniyada və Yaponiyada plastmas bamperlərin yığılması və təkrar istifadəsi üçün eksperimental zavodlar açıldı. 1993-cü ildə Mazda Filippinin minik avtomobilləri bazarına çıxdı. Avtomobillərin rəqabət qabiliyyətini artırmaq məqsədi ilə Ford ilə uzunmüddətli saziş bağlandı. Frankfurt avtosalonunda HR-X2 avtomobili və böyük marağa səbəb olan Eunos 800 (Xedos 9) modelinin prototipi nümayiş etdirildi.

1993-cü ildə Yaponiyada yeni kompakt idman modeli Mazda Lantis peyda oldu. Bir il sonra 1994-cü ildə Mazda muzeyi açıldı, sıxılmış qazla işləyən yük avtomobili hazırlandı, habelə E-Class furqonunun bazasında elektromobil düzəldildi. Həmin il Floridada və Çində Mazda-nın təlim mərkəzləri açıldı, yeni AZ Wagon miniveni işıq üzü gördü, Mazda yapon avtomobil istehsalçıları arasında birinci olaraq ISO 9002 ekoloji sertifikatını aldı.

Şirkətin Yaponiyada istehsal etdiyi Familia/323 avtomobillərinin ümumi sayı 1995-ci ildə 10 milyona çatdı, Mazda avtomobillərinin ümumi sayı isə 30 milyon təşkil edirdi. Portuqaliyada şirkətin nümayəndəliyi açıldı. 1995-ci ildə Mazda hidrogenlə işləyən avtomobillərin test sınaqlarına başladı, həmçinin yeni Bongo Friendee modelinin satışlarına başlanıldı.

Növbəti, 1996-cı ildə Ford-un şirkətdəki payı 25%-dən 33,4%-dək artdı, şirkətin prezidenti Henri Uollis oldu, Yaponiyada yeni Demio modeli satılmağa başlandı. Elə həmin il xaricdə onun satışlarına başlanıldı, bu model həm də Yaponiyada ilin avtomobili adına layiq görüldü.

1996-cı ildə Ford-un zavodlarında istehsal olunan "121" modeli Avropa bazarında satılmağa başlandı. Mazda şirkəti avtomobil istehsalında Mazda Digital Innovation (MDI) sistemini tətbiq etməyə başladı. Bu informasiya texnologiyası sistemi planlaşdırmadan tutmuş, yığılmaya qədər avtomobil istehsalının bütün mərhələlərini əsaslı surətdə modernləşdirməyə imkan verdi.

Mazda şirkəti yenə də yapon avtomobil istehsalçıları arasında birinci olaraq ISO 9001 sertifikatını aldı. 1997-ci ildə şirkətin loqotipi dəyişdirilərək indiki görkəmini aldı. Şirkətdə işçi heyətinin həvəsləndirilməsi üzrə yeni sistem tətbiq edildi, məhsulların Tayvana ixracı bərpa olundu.

Həmin il şirkətin prezidenti Ceyms Miller (James Miller) oldu. Eyni zamanda, 1997-ci ildə yanacaq elementləri (batareyaları) ilə işləyən Demio FCEV modeli hazırlandı.

Növbəti, 1998-ci ildə Mazda şirkəti yanacaq elementləri texnologiyasını işləyib hazırlamaq məqsədi ilə Ford/Daimler-Benz/Ballard alyansına qoşuldu, qadınların işə düzəldilməsi üzrə məsləhət mərkəzi yaratdı, Avropa bazarındakı mövqelərini möhkəmləndirdi, birbaşa yanacaqçiləmə sistemli kiçik turbodizel mühərriklərinin istehsalına başladı.

1999-cu ildə MX-5 modelinin 10 illiyi qeyd edildi, Mitsubishi ilə əldə edilmiş sazişə əsasən, Mazda Mitsubishi-ni kiçik kommersiya avtomobilləri ilə təchiz etməyə başladı. Həmin il yeni Tribute və Premacy modelləri istehsal olundu.

Bundan başqa, qadınların iş şəraitinin yaxşılaşdırılması istiqamətində addımlar atıldı. 1999-cu ildə şirkətin prezidenti dəyişdi və ona Mark Filds (Mark Fields) rəhbərlik etməyə başladı.

2000-ci il Mazda-nın elektron kommersiya sahəsinə çıxışı ilə əlamətdar oldu. Həmin il e-Business Enabling Office yaradıldı və müştərilərlə İnternet vasitəsilə qarşılıqlı əlaqələrin yaxşılaşdırılması üçün addımlar atıldı.

2000-ci ildə tamamilə yeni kuzov dizaynı əldə etmiş Mazda Roadster modeli "Ginnesin Rekordlar Kitabı"na düşdü. Detroyt avtosalonunda RX-Evolve konsepti nümayiş etdirildi, bu hazırda buraxılan RX-8 modelinin sələfi idi.

2001-ci ildə bir çox Mazda modelləri əlavə "idman" modifikasiyaları əldə etdi. 2002-ci ildə kompaniya MPV modelinin yeni modifikasiyası olan Sports F-i işıq üzü gördü (bu model qadınlar tərəfindən hazırlanmışdı), rotorlu mühərriklərin ixtiraçısı Vankelin 100 illik yubiley mərasimində iştirak etdi, "323" modeli ilə Çin avtomobil bazarına çıxdı, dünyada ilk dəfə ekoloji cəhətdən əlverişli örtük texnologiyasını hazırladı, işçi heyətinin yığılması proqramını təkmilləşdirdi.

2005 etibarilə, firma ildə təxminən 800.000 avtomobil istehsal edir. Mazda Ford bünyəsində istehsalına davam etməkdədir. Fordun Mazdadakı hissəsi 33,7%-dir. Avto Alliance adlı bir firma vasitəsi ilə Tayvanda Ford ilə ortaq ticari modellər çıxarmaqdadır. Ford Ranger və Mazda B 2500 bunlardan biridir. 1990-cı illərdə bir çox Kia modelinə parça və texnologiya tədarük etmişdir. Şirkətin çıxardığı ən tanınan modellərdən biri MX5 Miata adlı modeldir. Eyni zamanda bu model dünyanın ən çox satılan kabrioleti olaraq "Ginnesin Rekordlar Kitabı"na da markanın adını yazdırmışdır.

Hazırda Mazda lüks-klass avtomobillərinin istehsalından imtina edib. İstehsalatda əsas diqqət kiçik və orta sinfə mənsub olan avtomobillərə, habelə idman modellərinə yönəlib. Mazda rəhbərliyi bu avtomobilləri şirkətin gələcək inkişafı üçün daha perspektivli və effektiv hesab edir. İdman modelləri cərgəsində məşhur RX-7 modelini RX-8 modeli əvəz edib. İnkişaf və satış strategiyası məsələlərində şirkət Ford ilə sıx əməkdaşlıq edir, amma Ford Mazda-nın istehsal fəaliyyətinə müdaxilə etmir. Mazda haqlı olaraq dünya miqyaslı avtomobil istehsalçılarından sayılır. Onun 21 dünya ölkəsindəki yığım zavodları şirkətin öz avtomobillərini dünyanın 120 ölkəsinə ixrac etməsinə imkan verir.

1962–1975 1975–1991 1991–1992 1992–1997 1997–h.h
1962 "M" Technical Mazda script Rounded flame

İstehsalda Olan Modellər

İstehsali Dayandırılmış Modellər

Önəmli Konseptləri

Klasiklər

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
  1. https://web.archive.org/web/20100308014023/https://www.history.com/this-day-in-history/japans-mazda-founded.