Maçete

Maçete/mişar kombinasiyası
Meksikalı sənətkar Aqustín Kruz Tinoko taxta oymaq üçün maçetedən istifadə edir

Maçete (/məˈʃɛti/; İspan dilində tələffüzü: [maˈtʃete]) — baltaya oxşayan kənd təsərrüfatı aləti kimi və yaxud da uzun ağızlı bıçaq kimi döyüşlərdə istifadə olunan enli bıçaqdır. Bıçağın uzunluğu adətən 30-45 santimetr (12-18 düym) arasında, qalınlığı isə əsasən 3 millimetrdən (1⁄8 düym) azdır. Bu söz çox böyük bir ehtimalla ispan dilində kuvaltları ifadə etmək üçün istifadə olunan maço sözündən götürülmüş və həmin sözün kiçildilmiş versiyasıdır.[1] Alternativ olaraq, onun adının mənşəyi yunanlarromalılar tərəfindən falkataya verilən ad olan machaera sözündən də götürülmüş ola bilər.[2][3] Machaera sözü bu sözün ingilis dilindəki ekvivalenti olan matchet termininin mənşəyidir,[4] lakin bu addan nadir hallarda istifadə olunur. Yamayka, Barbados, Qayana, QrenadaTrinidad və Tobaqo kimi ingilisdilli Karib hövzəsi ölkələrinin əksəriyyətində bu kənd təsərrüfatı alətləri üçün cutlass terminindən istifadə olunur.

  1. "Online Etymology Dictionary". etymonline.com. 2 iyul 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 dekabr 2016.
  2. "La falcata ¿mito romántico o realidad? - Archivos de la Historia". 8 aprel 2020. 7 iyun 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 noyabr 2023.
  3. Es, Armas. "El Machete: Abriéndose paso en jungla y combate - Mundo Armas". 18 dekabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 noyabr 2023.
  4. "matchet". Dictionary/thesaurus. The Free Dictionary. 28 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2009.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]