Mağas

Qədim şəhər
Mağas
Ölkə
İlk xatırlanma 943
Dağılma tarixi 1239
Qafqaz regionunun siyasi xəritəsi. 1060-cı il.

Mağas və ya Maas, həmçinin Maqs və ya MaksBöyük Qafqaz dağlarında orta əsrlərdə mövcud olmuş Alaniya padşahlığının[1] paytaxtı. İslamÇin mənbələrindən məlumdur, lakin onun yeri qeyri-müəyyəndir. Bəzi müəlliflər Şimali Osetiyada olması nəzəriyyəsinə üstünlük verir, digərləri isə X əsrə aid üç kilsənin hələ də mövcud olduğu müasir Qaraçay-Çərkəzdəki Arxızı göstərir.

Gent Universitetindən (Belçika) tarixçi Con Lethem Sprinkl Mağasın Krasnodar diyarının Otradnenski rayonunda İliçevskoye Qorodişe kimi tanınan arxeoloji sahəsi olduğunu müəyyən etmişdir.[2]

Rusiyanın İnquşetiya Respublikasının paytaxtı Maqas şəhəri Mağasın adını daşıyır.[3]

  1. Brook, Kevin Alan. The Jews of Khazaria (3rd). Lanham, MD: Rowman & Littlefield Publishers. 2018. səh. 235. ISBN 978-1-5381-0342-5.
  2. Verstraete, Alexander. "Location metropolis Magas from the Middle Ages after 200 years of searching deciphered: "Everyone was looking in the wrong place"". vrt.be/vrtnws. 10 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 May 2020.
  3. D.V.Zayats. "Maghas – "The Sun City" – New Capital of Ingushetia". 2001. 2 May 2013 tarixində orijinalından arxivləşdirilib.