Mdauruş

Mdauruş
36°04′33″ şm. e. 7°49′12″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Poçt indeksi 41220
Xəritəni göstər/gizlə
Mdauruş xəritədə
Mdauruş
Mdauruş
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mdauruş (ərəb. مداوروش‎ həmçinin M'Dauruş, tarixən Madavra) — Əlcəzairin şimal-şərqində, Suk-Ahras vilayətində şəhər. 1998-ci il siyahıyaalınmasına görə, əhalisi 24,919 nəfər idi. İkinci Pun müharibəsi zamanı Roma koloniyası kimi qurulmuşdur. Roma yazıçısı və filosofu Apuleyin doğma şəhəri və Müqəddəs Avqustinin təhsil aldığı yerdir.[1]

Madavra şəhəri e.ə. II–I minilliklərdə İkinci Pun müharibəsi zamanı və ya bitdikdən sonra Roma veteranları və onların ailələri üçün yaşayış məntəqəsi kimi yaradılmışdır. Şəhərtuareqlərin mülkləri ilə Numidiyanın sərhəddində yerləşərək fəth edilmiş torpaqlarda formalaşan Afrikanın Roma əyalətinin sərhədlərindəki müdafiə istehkamları və yaşayış məntəqələri zəncirinə daxil olmuşdur. Roma imperiyasında veteranların imperiya sərhədlərinə köçürülməsi onlara torpaq və müəyyən imtiyazların verilməsi ilə həyata keçirilirdi. Bunun məqsədi onların düşmən basqınları zamanı daimi qarnizonları əvəz edə bilmələri idi. Sonrakı dövrlərdə belə köçkün əsgərlər limitanei ("sərhəd") adlanırdı.[2]

  1. "Madaurus, or Madaura" (ingilis). Catholic Encyclopedia. 2013-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-08.
  2. "Ветераны". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-08.