Meşəli göl

Meşəli gölü
ing. Lake of the Woods
Meşəli gölü
Meşəli gölü
Ümumi məlumatlar
Mütləq hündürlüyü 323 m
Eni 95 km
Uzunluğu 110 km
Sahil uzunluğu 105 min
Sahəsi 4348.
Dərin yeri 64 m
Yerləşməsi
49°09′00″ şm. e. 94°50′00″ q. u.HGYO
Ölkələr
Meşəli gölü xəritədə
Meşəli gölü
Meşəli gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Meşəli gölü (ing. Lake of the Woods) — Şimali Amerikada yerləşən göl. Böyük göllər şəbəkəsindən qərbdə yerləşən göl. ABŞ və Kanada sərhəddində yerləşir. İnzibati cəhətdən isə Kanadanın ManitobaOntario vilayətləri, ABŞ-nin isə Minnesota ştatları ərazisində yerləşir. ABŞ ərazisində sahəsinə görə 7-ci göldür. Gölün sahəsi 4350 km² (bunun 3149 km² Kanada ərazisi) təşkil edir. Gölün su səthi 323 metr dəniz səviyyəsindən yuxarıda yerləşir[1]. Sahilləri parçalıdır. Sahil xəttinin uzunluğu 105000 km təşkil edir. Göl daxilində 14 min kiçik ada vardır. Onlar arasında ən iriləri: Biq-Aylend, Biqsbi və Falkon. Şimal sahilində Kenora şəhəri yerləşir. Gölün əsas qidalandırıcısı cənubdan ora tökülən Reyni çayıdır. Üstəlik gölə Kakaqi, Drayberi çayları axır. Göldən isə Vinnipeq gölünə eyni adlı çay tökülür.

Geoloji baxımından bu su tutarı Aqassis gölünün qalığıdır.

Sahillərində Charadrius melodusAmerikan ağ qutanı yuva qurur. Üstəlik sahillərində bir necə min baş Ağbaş qartala rast gəlinir. Gölün özündə isə Xanıkimilərdən xüsusi ilə Sarı xanı[2] ovlanılır.

Meşəli göl.
  1. "Lake of the Woods — The Canadian Encyclopedia". 2011-08-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-06.
  2. "Canada Fishing Online. Ontario Fishing". 2011-08-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-06.