Meşənovruzu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Meşənovruzu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Meşənovruzu (lat. Cyclamen) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Dağnovruzu da adlandırılır. Gövdəsizdir, soğanaqvarı kökümsovu, uzunsaplaqlı, dəyirmi-tumurcuqvarı yarpaqları rozet əmələ gətirir. Çiçəkləri tək-tək, uzun çiçək saplağında yerləşir; ağ, çəhrayı, qırmızı olur. Aralıq dənizi ölkələrində və Ön Asiyada 20-dən artıq (başqa məlumata görə təqribən 55) növü var; Krımda və Qafqazda 6–7 növü məlumdur. Dağ meşələrində və kol cəngəlliklərində bitir. Ən yaxşı iri çiçəkli otaq bitkilərindən biri olan İran meşənovruzu yarımnövləri və hibridləri becərmədə geniş yayılmışdır; oktyabrdan marta qədər çiçəkləyir. Çiçəkləmədən sonra yarpaqlar tələf olur, bitkilər dinclik vəziyyətinə keçir. Mayın sonunda böyüməyə başlayır (bu zaman onların yerini dəyişirlər). Əvvəlcə yeşiklərə, sonra dibçəklərə əkilməklə yeri bir neçə dəfə dəyişdirilir. Azərbaycanda 2 növü – yaz meşənovruzu və zərif meşənovruzu var. Düzgün qulluq edildikdə (kifayət qədər işıqlanma, mülayim temperatur, müntəzəm, lakin həddən artıq bol su verildikdə) meşənovruzu 20 ildən artıq yaşayır. Otaq şəraitində, həmçinin xırda, ətirli çiçəkləri olan Cyclamen purpurascens, açıq qruntda Qafqaz meşənovruzu (Cyclamen coum) becərilir.