Mehmed Ali Şahin | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 sentyabr 1950 (74 yaş) |
Partiya | Rifah Partiyası [1987-1998] Fəzilət partiyası [1998-2001] Ədalət ve İnkişaf Partiyası [2001- ] |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, vəkil |
Vikianbarda əlaqəli mediafayllar |
Mehmed Ali Şahin (ing. Mehmet Ali Şahin; 16 sentyabr 1950) — Türkiyə siyasətçisi. O, 2009–2011-ci illərdə Türkiyə parlamentinin sədri olmuşdur.
O, hakim Ədalət və İnkişaf Partiyasının namizədi kimi üç dəfə İstanbul vilayətindən və Antalya vilayətindən millət vəkili olmuşdur. Şahin baş nazirin müavini, ədliyyə naziri və idmana məsul dövlət naziri vəzifələrində çalışmışdır.[1] O, hüquqşünasdır və İstanbul Universitetinin hüquq fakültəsinin məzunudur. Şahin parlamentə girməzdən əvvəl regional siyasətlə məşğul olmuş, İstanbulun Fateh rayonunun bələdiyyə başqanı, Rifah Partiyası, daha sonra Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyası ilə birlikdə çalışmışdır.[1][2]