Melanxolik depressiya

Temperament tiplərinə Hippokratın verdiyi fleqmatik, Xolerik, sanqvinikMelanxolik adları, şəkildə sadalanma soldan sağa istiqamətlənmişdir

Bu tip insanlar isə sakit, ancaq həssasdırlar. Onlar heç nəyə biganə qalmırlar. Elə bu səbəbdən onlara münasibətdə ən kiçik diqqətsizlikdən belə tez inciyirlər. Kiçik bir qanqaraçılığı uzun müddət unuda bilmirlər. Dönə-dönə bu hadisəni xatırlayırlar, kədərlənirlər, öz aləmlərində ölçüb-biçirlər. Heç bir tip onlar qədər "yüz ölç, bir biç" məsləhətinə riayət etmir. Hər şeydən tez rənicdə olan melanxoliklər istənilən problemin qarşısında acizdirlər. Ən kiçik problemlə üzləşdikdə belə özlərini itirirlər, vəziyyətdən çıxış yolu tapa bilmirlər. Əslində, bu acizliyi onlar özü-özlərinə aşılayırlar. Çünki sözügedən tiplər bu dünyada ən çox özlərindən narazıdırlar. Özlərinin heç bir bacarığını dəyərləndirmirlər. Mənə yalnız tənqidi yanaşırlar. Elə bu səbəbdən də bacardıqları işin belə öhdəsindən gələ bilmirlər. Bədbin fikirlər onları tez ruhdan salır. Bir qayda olaraq, başladıqları iş yarımçıq qalır. Civə kimi bir yerdə dayanmayan sanqvinikdən fərqli olaraq, melanxoliki yerindən tərpətmək müşkül məsələdir. Psixoloqlar onları məhz belə təsvir edir: "Melanxoliklərin hərəkətləri son dərəcə süst və zəifdir. Onlar ağır-ağır danışırlar". Onlar tez ruhdan dusur.

Hələlik, bu qədər. Ancaq tiplərlə tanış olub, nəticə çıxarmağa tələsməyin. Əvvəla psixoloqların "Yer üzündə yalnız bir tipin xüsusiyyətlərini özündə cəmləşdirən insan yoxdur" fikrini unutmayın. Sadəcə, hansı tipinsə xüsusiyyətləri daha qabarıq və nəzərəçarpandır. Psixoloqların bir fikrini də nəzərdən qaçırmayaq. "Heç bir tipi nə yaxşı, nə də pis adlandırmaq olar". Hər bir tipin müsbət və mənfi tərəfləri var. Və hər bir insanın özünü daha yaxından tanımaq, ən əsası, tərbiyə etmək üçün temperamet tipləri ilə tanış olması vacibdir. Psixoloqların fikrincə, şəxsiyyətin kamilliyi ilk növbədə onun özünü yaxından tanımasında qərarlaşır. İnsan özünü nə qədər yaxından və yaxşı tanıyarsa, bir o qədər mətin, məğlubedilməz və böyükdür. Təbii ki, bu tanışlıq kifayət deyil, özünüzü islah eləməyi də bacarın. Göründüyü kimi, temperament bizlərə nə qədər maraqlı görünsə də, əslində, o, heç nəyi həll eləmək iqtidarında deyil. İnsanın səviyyəsini onun maraq dairəsi, dünyagörüşü, mənəvi dəyərləri müəyyənləşdirir.

İnsanlar tiplərinə görə deyil, yuxarıda sadaladığım dəyərlərinə görə seçilə bilərlər. Təsadüfi deyil ki, dünyanın ən məşhur, dahi, dəqiq desək, yaradıcı insanları arasında hər tipin nümayəndəsi var.

Melanxolik – ən çətin ünsiyyət yaradılan insan tipidir. Bu cür insanlarla qarşılıqlı münasibət yaratmaq olduqca çətindir.

Bu tip insanlar ünsiyyətdə qaçır və ünsiyyəi sevmirlər, daha çox tək qalmağa üstünlük verirlər. Onlar incidikləri şeyləri tez-tez yada salar, özlərinə yazığı gələr, hər şeydən küskün olar, onlara hər bir şeyin haqsız olaraq edildiyini zənn edər və həmişə də həyatın maraqsız və darıxdırıcı olduğundan şikayətlənərlər.

Melanxoliklər hər hansı bir uğura qətiyyən inanmırlar. Onlar məğlubiyyətə, uğursuzluğa əvvəlcədən hazır olurlar. Onların həyatdan razı, sevincli olduqlarını görmək çox çətindir. Melanxoliklər daim cəmiyyətdən qaçar, cəmiyyətdən uzaq olmağa çalışırlar. Bu cür psixotiplər qeyri-kamil psixikaya malikdirlər. Belələri pessimist, özlərinin hər hansı bir xırda problemini və incikliyi həddən artıq böyüdüb şişirdən olurlar.

Melanxoliklər zahirən çox sakit görünürlər. Amma çoxları bilmir ki, onların daxilində necə böyük təlatümlü bir emosiya var. Melanxoliklərin daxilində olan təlatümlü emosiyalar çox nadir hallarda üzə çıxır. Onlar emosiyalarını daim içlərində gizlədir və analiz edirlər.

Melanxoliklərin emosiyalarını daxillərində gizlətmələri fiziki xəstəliklərə də gətirib çıxara bilir. Belə ki, emosiyaların daxildə gizlədilməsi qaraciyər və mədədə funksional pozuntu, hipertonik və kardioloji xəstəliklər yaradır.

Melanxoliklər depresiyaya meyillidirlər, tez əsirlənirlər. Ən adi bir şeydən kefləri pozulur, özlərini aşağı qiymətləndirirlər. Melanxolik dörd əsas insan temperamentindən biridir. Hər hansı yeni bir iş onların çiynində ağır bir yük olur. Melanxoliklər seçim etməkdə, qərar qəbul etməkdə çətinlik çəkirlər.

Aristotel hesab edirdi ki, "hər bir dahi ehtirasına görə - melanxolikdir"'''. Melanxoliklərin bir yaxşı cəhəti vardır, intuisiyaları yüksək olur.

Melanxoliklərin bir çox mənfi xüsusiyyətlərinə baxmayaraq, bir çox məşhurlar bu mənfiliklərə qalib gələ bilmişlər. Məsələn: R. Dekart, Ç. Darvin, P. İ. Çaykovski, F. Şopen, N. B. Qoqol və s. görkəmli şəxslər bu tip insanlardan olmuş və öz daxillərindəki melanxoliyaya qalib gəlmişlər.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]