Melissanti | |
---|---|
yun. Μελισσάνθη | |
Təxəllüsü | Yeva Kuqiya-Skandalaki |
Doğum tarixi | 7 aprel 1907 |
Vəfat tarixi | 9 noyabr 1991 (84 yaşında) |
Fəaliyyəti | şair, jurnalist, yazıçı, müəllimə |
Melissanti (yun. Μελισσάνθη, Yeva Kuqiya-Skandalaki (yun. Ήβη Κούγια - Σκανδαλάκη) təxəllüs ilə də tanınır; 7 aprel 1907 – 9 noyabr 1991) — Yunanıstan müəllimi, jurnalist və yazıçısı.[1]
Yeva Kuqiya-Skandalaki 1910-cu ildə Afinada anadan olmuşdur. Musiqi, rəsm, balet və klassik rəqs ilə məşğul olurdu.
1923-1924-cü illərdə İsveçrə sanatoriyasında vərəm xəstəliyindən müalicə alırdı.[2]
Afinada yerləşən institutlarda fransız, alman və ingilis dillərini öyrənirdi.[3] Sonra Afina liseylərində fransız dilindən dərslər keçirdi. Paralel olaraq qəzet və ədəbi jurnallar üçün tənqidi esselər yazırdı.
1932-ci ildə Yannis Skandalakis ilə evləndi.[2]
1991-ci ildə vəfat etdi, lakin bəzi mənbələr onun ölümü 1990-cı ildə baş verdiyini iddia edirlər.[3]
Melissantinin ilk şeir toplusu olan "Phōnes entomou" ("Həşərat səslər"i) 1930-cu ildə nəşr olundu. Onun əsərləri dərc edilməyə davam etdi və ümumilikdə on şeir toplusu çap olundu. "Ta poiimata tis Melissanthis 1930-1974" ("Melissantinin şeirləri") adlı şeirlər toplusu yalnız 1976-cı ildə nəşr edilmişdir. O, Sikiaridio mükafatını qazanan "O mikros adhelfos" ("Kiçik qardaş") pyesini də yazmışdır. O, Robert Frost, Emili Dikinson[2] və Rayner Mariya Rilkenin əsərlərini yunan dilinə tərcümə etmişdir.[3] Onun erkən poeziyası dini mövzulardan ilham alır; sonrakı şeirləri ekzistensional anlayışların təsirləri altında yazılıb.[3]