Memorandum

Memorandum, diplomatik yazışma formalarından biri (əhəmiyyətinə görə notadan sonradır). Barəsində danışıqların aparıldığı məsələnin faktik və ya hüquqi tərəfinin təsviri formasında tərtib olunur və əksər hallarda diplomatik notanın müddəalarını əsaslandırmaq və inkişaf etdirmək məqsədilə ona əlavə edilir.