Men körfəzi | |
---|---|
ing. Gulf of Maine | |
Ümumi məlumatlar | |
Sahəsi | 28000 km² |
Dərin yeri | 329 m |
Yerləşməsi | |
43°00′ şm. e. 67°00′ q. u.HGYO | |
Ölkələr | |
Akvatoriyası | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Men körfəzi (ing. Gulf of Maine) — Şimali Amerika sahillərində yerləşən körfəz.
Körfəz Keyp-Kod və Yeni Şotlandiya yarımadaları arasında yerləşir. Maksimal dərinliyi 329 metrdir. Şimal-şərqində Fandi körfəzi yerləşir. Cənub-qərbində isə digər iri Massaçusets körfəzi qərarlaşır. Mərkəzi sahilində Men ştatının iri Portlend şəhəri yerləşir.
Sahillərində ən iri limanlar — Boston, Portlend (ABŞ), Sent-Con (Kanada).
Körfəzə axan iri çaylar — Annapolis, Kennebank, Kennebek, Sako, Sent-Krua, Merrimak, Penobskot, Sent-Con, Piskataqa çayı və s. Bura tökülən çayların hövzəsinin sahəsi 179 008 km² təşkil edir.
Körfəzdə yerləşən Makias-Sil və Nort-Rok ABŞ və Kanada arasında mübahisəli ərazidir.