Menzurka (ölçü stəkanı, lat. mensura "ölçü") — maye və bərk cisimlərin həcmini ölçür. İş prinsipi Arximed qanununa əsaslanır. Menzurkanın üzərində şkalalar var. Çox zaman rəngsiz, şəffaf olur. Ondan laboratoriyalarda, məişətdə istifadə edilir. Mətbəxdə tort, piroq və s. bişirəndə menzurkadan istifadə edirlər. Mayelərin həcmini ölçmək üçün onları bu qaba tökmək kifayətdir. Bərk cisimlərə gəldikdə isə onları maye doldurulmuş menzurkaya batırırıq. Menzurka sadə cihazdır.
Menzurkadan fizika və kimya dərslərində istifadə edirlər.
Kimya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |