Meoto İva (夫婦岩?) və ya Evli qayalar – Yaponiyanın Mie prefekturasının Futami sahillərində yerləşən iki qaya parçası. Bu qayalar şimenava adlandırılan qalın iplərlə bir-birinə birləşdirilib. İplərin çəkisi ən azı bir tondur və ildə müxtəlif dini ainlər zamanı dəyişdirilir.[1]
Qayalar Futami Okitama məbədinin rahibləri tərəfindən müqəddəs hesab edilir. Şintoizmə görə kaminin yaradıcılarının evliliyini – İzanami və İzanaqini simvolizə edir. Buna görə də qayalar həm də evliliyin simvoludur. Kişini simvolizə etdiyi düşünülən daha böyük qayanın başında torii var.[1]
Qayalara tamaşa etmək üçün ən yaxşı fürsət yayda sübh çağıdır. Bu zaman günəşin qayaların arasında doğuşunu izləmək olar. Bir az uzaqlıqda Fuci dağını görmək olar. Qabarma və çəkilmə zamanı qayaları su ayırmır.[1]
Okitama məbədi Sarutahiko Okamiyə və yemək ilahəsi Miketsuya həsr olunub. Məbədin ətrafında xeyli qurbağa heykəli var. Məbəd və qayaların yaxınlığında İse məbədi yerləşir.[1]