Tarixi dövlət | |||||
Meqreliya knyazlığı | |||||
---|---|---|---|---|---|
|
|||||
|
|||||
Paytaxt | Zuqdidi | ||||
Dilləri | Kartvel dilləri | ||||
Rəsmi dilləri | |||||
Dövlət dini | Gürcü Ortodoks Kilsəsi | ||||
İdarəetmə forması | mütləq monarxiya, protektorat | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Meqreliya knyazlığı və ya Sameqrelo knyazlığı (gürcücə:სამეგრელოს სამთავრო) – Dadiani sülaləsi tərəfindən Gürcüstanın Meqreliya bölgəsində qurulmuş olan tarixi dövlətdir. Bəzi tarixi qaynaqlarda adı Odişi knyazlığı olaraq da keçir.[2]
XVI əsrdə yaranan knyazlıq 1867-ci ildə Rusiya imperiyası hakim dairələri tərəfindən ilhaq edilmiş və adi ərazi vahidinə çevrilmişdir.[3]
Knyazlıq XVI əsrdə Gürcüstanda gedən feodal ara çəkişmələri və çarlığın parçalanması fonunda meydana çıxmışdır. Belə ki, XV əsrin ikinci yarısında vahid Gürcüstan çarlığı parçalanmış və onun yerində müxtəlif müstəqil və yarım müstəqil knyazlıqlar, krallıqlar yaranmışdı. Belə knyazlıqlara misal olaraq, Svaneti knyazlığını, Abxaziya knyazlığını, Meqreliya knyazlığını göstərmək olar. Gürcü çarı VIII Georgiyə qarşı üsyan qaldıran Baqrat sonda qalib gəldikdən sonra onu dəstəkləyən gürcü zadəganlara, əsilzadə ailələrinə knyaz rütbələri vermiş və onların yerlərdəki qismən də olsa məhdud olan hakimiyyətlərini tanımışdı. Knyazlığn yaranması bu hadisədən sonra başlasa da, onnu tam formalaşması 1557-ci ilə təsadüf edir. İlk müstəqil knyazı isə I Levon Dadianidir.[4]
Knyazlıq hücum etməmə paktı və sonrasında Kartli kralı olan II Konstantin, Kaxetiya kralı olan Aleksandr, Samtshe knyazı II Kvarkvare tərəfindən imzalanan və Gürcüstanı 3 krallıq və 5 knyazlığa bölən razılaşma nəticəsində ortaya çıxmışdır.[5]
Meqreliya şahzadə I Levon Dadiani dövründə 1557-ci ildə müstəqil knyazlıq olaraq qurulmuşdur. Knyazlıq qurulduğu tarixdən 1803-cü ildə Rusiya imperiyasının vassalı olanaqədər müstəqil olmuşdur. Bu hadisə onun daha güclü qonşuları olan İmereti çarlığı və Abxaziya knyazlığına qarşı Rusiya imperiyası ilə himayədarlıq müqaviləsi imzalamasından sonra baş vermişdir. Knyazlıq Niko Dadianinin taxtdan endirilməsi və 1867-ci ildə Çar Rusiyası tərəfindən ilhaq edilməsi ilə süqut etdi. Knyaz Niko 1868-ci ildə rəsmi olaraq hüquqlarından əl çəkdi və knyazlıq ərazisi 1917-ci ilə qədər adi Rusiya imperiyasının ərazi vahidi oldu.[4]