Mere Hüseyn Paşa

Mere Hüseyn Paşa
مجرد حسين باشا
13 iyun 1622 – 8 iyul 1622
ƏvvəlkiQara Davud Paşa
SonrakıBiləcikli Mustafa Paşa
5 fevral 1623 – 30 avqust 1623
ƏvvəlkiGürcü Xədim Mehmed Paşa
SonrakıKəmankeş Qara Əli Paşa
Şəxsi məlumatlar
Doğum tarixi XVI əsr
Vəfat tarixi İyul 1624
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti siyasətçi

Mere Hüseyn Paşa (XVI əsriyul 1624, Konstantinopol) — Gənc Osmanın qətl olunub, I Mustafanın üsyançılar tərəfindən yenidən taxta çıxarıldığı qarmaşıqlıq dönəmində 2 dəfə - ümumilikdə 7 ay 18 gün sədrəzəm olmuş Osmanlı dövlət adamıdır.

Alban əsillidir.[1] Osmanlı tarixində türkcə bilməyən yeganə sədrəzəm olduğu rəvayət edilir. Kəlləsini istədiyi şəxslərə dediyi və alban dilində "alınız" mənasını verən "mere"ni ləqəb olaraq götürmüşdür.

İlk olaraq Macarıstan sərdarı Satırcı Mehmed Paşanın yanında aşçıbaşı olaraq vəzifələndirildi. Daha sonra Satırcı Mehmed Paşanın da dəstəyi ilə qapıqulu süvarisi oldu və ard-arda divan çavuşu, əmir, çavuşbaşı, qapıcıbaşı, miraxur olaraq təyin edildi. Bu vəzifələrinin ardından 1620-ci ildə Misir hakimi olaraq Qahirəyə yola çıxsa da iki il sonra geri döndü.

İlk sədarəti

[redaktə | mənbəni redaktə et]

Gənc Osman hadisələrindən sonra qətlə yetirilən Sədrəzəm Qara Davud Paşanın yerinə 13 iyun 1622 tarixində üsyançılara böyük miqdarda pul vəd edərək sədarəti ələ keçirdi.[1]

I Mustafanın dönəmində dövlət üsyankar qapıqulu əsgərlərinin idarəsi altına keçdi və dövlət adamları ayrı-ayrı əsgər qruplarının tərəfini tutaraq öz siyasətini yeritməkdə idi. Sədrəzəm isə bu əsgər qruplarından olan sipahiləri qoruyaraq yeniçərilərə qarşı çıxmaqda idi.[2] Belə ki, sədrəzəmin yeniçəri ağası Bəktaş ağanı gizlicə öldürmək niyyətinin olduğu eşidildi və 8 iyul 1622 tarixində yeniçərilərin təzyiqi ilə Mere Hüseyn Paşa vəzifədən azad edildi.[1]

İkinci sədarəti

[redaktə | mənbəni redaktə et]

Vəzifədən kənarlaşdırıldığı bu illərdə fəaliyyəti ilə bağlı heç bir məlumat yoxdur. 5 fevral 1623 tarixində yeniçərisipahilərin təhriki ilə ikinci dəfə sədrəzəm seçildi. Bunun üçün qapıqulu ocağına 100 min qızıl rüşvət vermiş, yeniçərilərə yaranmaq üçün isə ocaq dəftərlərinə adını yazdırmışdır.[1] İkinci sədarət dönəmində Mere Hüseyn Paşa qəti tədbirlər görməyə başladı.[2] Bu səbəblə üsyançılar Dəftərdar Həsən Paşanın sədrəzəm olmasını tələb etdilər. Divan əsnasında xalq tərəfindən sevilən və seyid olaraq qəbul edilən qazılardan birinin falaqaya yatırılması sədrəzəmlə üləma arasında soyuqluq yaratdı.[2] İstanbul qazısı Həsən Əfəndi, üləma heyətindən Qaraçələbizadə Əbdüləziz Əfəndi və Uşakizadə Əziz Əfəndinin rəhbərliyi ilə sədrəzəmi qınamaq məqsədilə bir heyət quruldu və Fateh məscidində toplandı. Mere Hüseyn Paşanın kafir olduğu və öldürülməsinin halal olduğu haqqında fətva hazırlandı. Eyni zamanda Sultan Mustafanın zehninin zəif olduğu və səltənətinin məqbul olmadığı elan edildi. Şeyxülislam Yəhya Əfəndi isə bütün bunlara göz yummaqda idi. Sultana elçi olaraq göndərilən Şeyxülislam Yəhya Əfəndi Üsküdar Sarayında sultanın hüzuruna çıxdı və üləmanın istəyini bildirdi. Ancaq yeniçərilər tərəfindən mühasirəyə alınan üləmalar sürətlə Fateh məscidindən ayrılmağa başladılar. Mere Hüseyn Paşa isə Fateh məscidində ayaqlanan üləmaları sırayla Anadoluya sürgün etdi.[2]

Sədrəzəm bu dəfə də bir qrup yeniçəribostancı ağasının köməyi ilə paytaxtdakı bütün düşmənlərini aradan qaldırdı. Bir bəylərbəyini divan əsnasında döydürüb, daha sonra edam etdirdi. Sədrəzəmin bir qrup yeniçəri köməyilə sipahiləri aradan qaldırmaq məqsədi eşidildi və böyük bir sipahi ordusu Hüseyn Paşanın köşkünün ətrafına toplaşdı. Mere Hüseyn Paşa isə qaçıb gizləndi və sədarətdən azad edildi. Yerinə 30 avqust 1623 tarixində Bağdad hakimi olan Kəmankeş Qara Əli Paşa sədarətə gətirildi.[2]

10 sentyabr 1623 tarixində IV Muradın taxta keçməsi və II Osmanın qatillərinin aşkar edilərək aradan qaldırılması əsnasında Mere Hüseyn Paşa da ələ keçirildi. Öncə həbs edilən, daha sonra isə 1624-cü ilin iyul ayında edam edilən Mere Hüseyn Paşanın cənazəsi Qaracaəhməd məzarlığında dəfn olundu.

Həmçinin baxın

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 Uzunçarsılı, İsmail Hakkı, (1954) Osmanlı Tarihi III. Cilt, 2. Kısım , XVI. Yüzyıl Ortalarından XVII. Yüzyıl Sonuna kadar), Ankara: Türk Tarih Kurumu (Altıncı Baskı 2011 ISBN 978-975-16-0010) say.380
  2. 1 2 3 4 5 Sakaoğlu, Necdet (1999), Bu Mülkün Sultanları, İstanbul:Oğlak. ISBN 975-329-299-6 say.215