Meritaton | |
---|---|
Doğum tarixi | e. ə. XIV əsr |
Doğum yeri | |
Vəfat tarixi | e. ə. XIV əsr |
Həyat yoldaşı | |
Atası | Exnaton |
Anası | Nefertiti |
Fəaliyyəti | kraliça-konsort[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Meritaton (q.misir Mr.jt-Jtn — firon Exnatonun və Nefertiti cütlüyünün yaşça ən böyük qızları, XVIII sülaləsinin qədim Misir kraliçası, fironun Smenhkaranın əsas həyat yoldaşı. Ehtimal ki, onun hakimiyyət illəri Nefernefruaton ilə bağlı ola bilər.[2]
Meritaton Exnaton və Nefertitinin ilk övladları olub. Onun doğma bacıları: Maketaton, Anhesenamon, Nefernefruaton-taşerit, Nefernefrura, Setepenra.[3]
Exnatondan sonra hakimiyyətdə olan iki fironun adı - Smenhkara və Nefernefruaton- Meritaton ilə əlaqələndirilir. Ehtimal edilir ki, onlar Meritatonun ərləri olub. Fironun arvadı titulunu daşıyırdı.Və Nefernefruatonun hakimiyyət dövründə yalnız kral arvadının mərasim funksiyalarını yerinə yetirə bilirdi.[2] Nefertiti Nefernefruaton adı daşıyarkən hakimiyyətdə olduğu güman edilir.[4] Nefernefruaton adı altında bir müddət Meritaton özünü də hakimiyətdə ola bilməsi ən çox müzakirə olunan fərziyələrdən biridir. Qeydlərdə qeyd olunan Meritaton- taşerit, Meritaton və Smenhkaranın qızı ola bilər.[5]
Meritaton Exnatondan bir qız evladı dünyaya götürməsinə dairdə də fərziyə var.[6]
Meritaton atasının Fevahda hakimiyyətə başlasından ya əvvəl yada sonra dünyaya gəlib.Meritaton, Karnakdakı Exnatonun Məbəd Kompleksindəki Hut-Benben Məbədində anasının yanında bir sıstr ilə birlikdə təsvir edilmişdir. Bacıları Maketaton və Ankhesenpaatın təsvirlərnə daha az rast gəlinir.