Mesopotamiya tanrılarının siyahısı

Mesopotamiya tanrıları — qədim Mesopotamiya xalqlarının ibadət etdiyi tanrıların, və fövqəltəbii mifik varlıqların siyahısıdır.

Mesopotamiya inanclarında çoxlu tanrılar və fövqəltəbii mifik varlıqlar olmuşdur. Bu siyahıda onların bəziləri verilmişdir.

Tanrının adı Adının mənası Əsas vəzifəsi
An
Şumer dilində “göy” deməkdir. Akkadca – Anum Hərəkətsis göy qübbəsinin və ulduzlu göyün tanrısı; tanrıların başçısı
Anzu
Mifik quş. Onun başı aslanın, dırnaqları isə qartalındır İnsanların taleyini həll edir; Uruk və Laqaş şəhərlərinin hökmdarlarının himayəçisidir; Babilistanda və Assuriyada şeytani varlıq kimi qəbul edilmişdir
Anunnak'lar
Şumercə a-nun-na-ke-ne "Hökmdarın toxumu" Şumerlərdə tanrıların məclisi; Babilistanda və assurilərdə yeraltı dünyanın tanrıları, ölülərin hakimidir
Asarluhi
Bilinmir Sümerlərdə Enkinin oğlu; cadugərliyin və təbabətin himayəçisi
Assur
Bilinmir Assurilərin baş tanrısı, Assur şəhərinin himayəçisi
Assurit
Bilinmir Assurun arvadı
Bəl
“Hökmdar”, “cənab” Akkad mətnlərində Sümer tanrısı Enlil, yaxud Babil tanrısı Mərduk bu adla adlandırılır
Bəlit
Bilinmir Akkad mətnlərində Sümer tanrısı Enlilin zövcəsi Ninlil, yaxud Babil tanrısı Mərdukun zövcəsi Sarpanitu bu adla adlandırılır
Qatunduq
Bilinmir Laqaş şəhərinin həyat və analıq tanrısı
Geştinanna
Şumercə “göyün üzum meynəsi” Şərabçılığın himayəçisi, Dumuzinin bacısı
Gilqameş
Şumercə “hər şeyi bilmiş” Şumer-babil dastanının qəhrəmanı, Uruk şəhərinin tanrılaşdırılmış çarı. Ölmündən sonra, tanrılar məclisi ona yeraltı dünyanın başçısı vəzifəsinə təyin etmişdir
Girra
Bilinmir Od tanrısı
Qula
Şumercə “gu-la” - ulu deməkdir Cadugərlik və təbabətin ilahəsi
Damkina
Şumercə “dam-gi-na” - əsil arvad Enkinin arvadı
Dumuzi
Sümercə “dumu-zid” "əsl oğul" (akkadca Təmmuz) İnannanın əri; bahar və bahar qurbanının tanrısı; qoyunların çobanı; təbiətin ölən və dirilən tanrısı
Zababa
Bilinmir Kiş şəhərinin baş tanrısı; savaş tanrısı
İgig(lər)
Bilinmir Göy tanrılarıdır
İnanna
Ola bilsin, "nin-an-na" - göy hökmdarı Şumerlərdə Uruk şəhərinin himayəçisi; Anın qızı savaş və məhəbbət ehtirasının ilahəsidir. Babildə İştar və ‘Ereşkigal’lla eyniləşib
İştaran
Bilinmir Diplomatiya və ədalət məhkəməsinin himayəçisi
İşkur
Bilinmir (samilərdə Adad) Yağış, külək, şimşək və boran tanrısı
İştar
Bilinmir Sevgi və savaş ehtirası tanrıcası
İşhara
Bilinmir Sevgi və quruculuq ilahəsi
Kulla
Bilinmir Sümerlərin kərpic və inşaat tanrısı
Mərduk
Bilinmir Enki’nin oğlu; Babilistan şəhərinin baş tanrısı; günəş tanrısı
Nəbu
Akkadca “ad” və ya “mənbə” deməkdir Mərduk’un oğlu, babillilər və assurluların müdriklik və savadlılıq tanrısı
Nammu
Bilinmir Eredu və Ur şəhərlərinin ilahəsi; ‘Enki’nin anası; ilkin hərcmərcliyin (xaosun) tanrıcası
Nanna
Ola bilsin sümercə. en-an-na - "Göy hökmdarı" deməkdir Sümerlərdə ay tanrısı; Ur şəhərinin himayəçisi; Babilistanda ‘Sin’lə eyniləşmişdir
Nanşe (ya da Nina)
Bilinmir ‘Enki’nin qızı; yoxsul və məzlumların himayəçisi; yuxuların yozucusu
Naru
Şumercə en-uru-gal "Böyük şəhərin hökmdarı" (yəni ölülər şəhərinin hökmdarı); Akkadca "na'ir kala(ma)" (yəni hər şeyin qatili) Yeraltı dünyanın tanrısı; Ereşkiqalın əridir
Ninazu
Şumercə "Təbibliyin xanımı" Şumerlərdə ölən və dirilən təbiət tanrılarından biri
Ningirima
Şumercə “su mənbələrinin xanımı” Cadu və sehrin tanrısı
Ningirsu
Bilinmir Lagaş şəhərinin himayəçisi; hərb və əkinçilik tanrıcası. Vəzifələri Ninurta ilə təxminən eynidir
Ningişzida
Şumercə "əsil ağacın xanımı" Yeraltı dünyanın tanrıcalardan biri
Ninzadim
Şumercə "zərgərlərin xanımı" Zərgərlik sənətinin ilahəsi
Ninigilamqa
Bilinmir Dülgərlik sənətinin himayəçisi
Ninhursaq(ya da Aruru, Ninmah, Dingirmah)
Bilinmir Ana Tanrıca. Ondan tanrılar və insanlar doğulmuşdur
Ninqarraq
Bilinmir Təbiblik tanrılarından biri
Ninlil
Bilinmir Enlilin arvadı; Nippur şəhərinin himayəçisi
Ninmeşarra
Şumercə "bütün "ME"lərin xanımı" Enmeçarranın arvadı
Ninurta
Bilinmir Hərb və əkinçilik tanrısı; Enlilin oğlu
Ninşubur
Şumercə "donuz xanım" və ya "Subartu (ölkədir) xanımı"; akkad mətnlərində - Papsukkal An və İnannanın nökəri; qadın və kişi cinsində ola bilir
Nisaba
Şumercə "arpa payının xanımı" Sümerlərdə arpa və buğda hesabının tanrısı; sonrakı dövrlərdə (o cümlədən Babil dövründə) məktəb və savad tanrısı; Anın qızı
Nusku
Bilinmir Şumer tanrısı; Nippur şəhərində Ninurta məbədinin inzibatçısı
Pabilsaq
Bilinmir Şumer tanrısıdır. Babil və Assurda vəzifələri Ninurta və Nergal ilə eynilik təşkil edirdi
Utu
Bilinmir. Akkadca "Şamaş" (günəş) Günəşin və ədalət məhkəməsinin tanrısı
Hendursaqqa
Bilinmir. Akkadca “İşum” Saturn planetinin tanrısı; yeraltı dünyanın qapıçısı
Sarpanitu
Bilinmir. Akkadca “bəzənmiş” deməkdir Nümunə
Şara
Bilinmir Savaş tanrısı, İnannanın oğlu, Umma şəhərinin himayəçisi
Ea
Bilinmir Mesopotamiyada su tanrısı
Enlil
Şumercə "havanın hökmdarı"; akkadca Ellil Havanın, yad ərazilərin tanrısı; çar hakimiyyətinin himayəçisi; Nippur şəhərinin himayəçisi
Enbilulu
Bilinmir Sümerdə suvarma işlərinin tanrısı
Enki
Şumercə en-ki "yerin hökmdarı"; samilərdə Həya (Ea) Yeraltı şirin suların tanrısı; cadugərliyin və sənətlərin himayəçisi; bəşəriyyətin yaradıcısı və himayəçisi; Eredu şəhərinin himayəçisi
Enkidu
Sümercə en-ki-du "yaxşı yerin hökmdarı"; akkadca en-ki-du "Enki yaradıb" Dastanlarda Gilqameşin dostu və nökəri
Enmeşarra
Şumercə "Bütün ‘ME’lərin hökmdarı" Babil mətnlərində Anın ulubabası, yeraltı dünyada yaşayan ən qədim tanrılardan biri
Ennuqi
Bilinmir Yeraltı dünyanın tanrısı
Ereşkiqal
Şumercə "Böyük yerin xanımı" Nərqalın zövcəsi; yeraltı dünyanın tanrıcası
Erra
Bilinmir Taun, qətl və dağıdılmanın tanrısı
  • Leick, G. A Dictionary of Ancient Near Eastern Mythology. Routledge, 2002