Metox

Metox (yun. μετόχιον или μετόχι ) — BizansdaBalkanlarda daha böyük bir monastıra tabe olan və bu monastırın iqtisadiyyatını təmsil edən kiçik monastır (və ya kilsə). Metox həm şəhərdə, həm də kənd yerlərində yerləşə bilər.

Bir qayda olaraq, metoxun ayrı-ayrı sahələrdən, üzüm bağlarından və dəyirmanlardan ibarət kiçik təsərrüfatı var idi. Buna baxmayaraq daha böyük metoxlar da məlumdur ki, onların asılı əhalisi olan kəndləri (pariklər) olmuşdur.

Dünyəvi insanlara məxsus metoxlar da var idi. Bir qayda olaraq, bunlar aristokratiya, varlı şəhər əhalisi və ya kəndlilərin nümayəndələridir. Başqa sözlə, monastır və ya kilsə dünyəvi şəxsin şəxsi mülkiyyətində idi.[1]

  1. "Д. Ангелов Рост и структура крупного монастырского землевладения в северной и средней Македонии в XIV в.//Византийский временник т. 11. с. 150". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-12.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]