Mett Deymon

Mett Deymon
ing. Matt Damon
Mett Deymon 2023-cü ildə
Mett Deymon 2023-cü ildə
Doğum adı Matthew Paige Damon
Doğum tarixi 8 oktyabr 1970(1970-10-08)[1][2][…] (54 yaş)
Doğum yeri
Həyat yoldaşı
  • Luciana Bozán Barroso[d] (2005–)
Uşağı 4
Fəaliyyəti kino aktyoru, ssenarist, film prodüseri, yazıçı, səsləndirmə aktyoru[d], aktyor, televiziya prodüseri[d], prodüser, televiziya aktyoru
Fəaliyyət illəri 1988-ci ildən
Təhsili
Boyu 1,78 m
Mükafatları Ən yaxşı orijinal ssenariyə görə "Oskar" mükafatı
IMDb ID0000354
{{{imzanın izahı}}}
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mettyu Peyc Deymon (8 oktyabr 1970[1][2][…], Kembric, Massaçusets[3]) — ABŞ aktyoru, film prodüseri və ssenaristi.[4] Forbes jurnalına əsasən dünyanın ən çox gəlir gətirən aktyorlarından biri hesab olunur.[5] Bir "Oskar" və iki "Qızıl Qlobus" mükafatı laureatıdır.

Həyatı və karyerası

[redaktə | mənbəni redaktə et]
Deymon 2014-cü ildə "Monuments Men" filminin Fransa premyerasında

Erkən həyatı

[redaktə | mənbəni redaktə et]

Mett Deymon 8 oktyabr 1970-ci ildə ABŞ-nin Massaçusets ştatının Kembric şəhərində anadan olub. İlk 2 yaşını Bostonun varlı rayonu sayılan Nyutonda keçirir. Atası Kent Deymon vergi müfəttişi, anası isə Lesley universitetində professor idi. Onun atası şotland və ingilis əsilli, anası isə isveç və fin əsillidir. Onun həmçinin sonralar heykəltaraşlıqla məşğul olan Kayıl adında böyük qardaşı var.

1973-cü ildə hələ Mett-in 3 yaşı tamam olmamış onun valideynləri boşanır və buna görə də o qardaşı Kayıl ilə birlikdə Kembricdə anasının himayəsi altına keçir.Gələcək aktyor 5 nəfər ailənin birlikdə yaşadığı evdə böyüməli olur.Onun qonşularından biri də “Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi” kitabının müəllifi amerikalı tarixçi,yazıçı Hovard Zinn olmuşdur.

1978-ci ildə onun artıq 8 yaşı olanda uzaq qohumu olan və öz yaşadığı evdən 2 məhəllə uzaqda yaşıyan digər gələcək aktyor Ben Affleklə tanış olur. 1986-cı ildə Mett ancaq aktyor olacağı barədə qəti qərar qəbul edir və şansını yoxlamaq üçün Nyu-York şəhərində kastinq üzrə agentliklərdən birində iştirak etmək barədə planını valideynlərinə bildirir. Ancaq valideynləri bu qərarı heç də yaxşı qarşılamır. Ancaq sonda onu bütün yol xərclərini özü ödəyəcəyi təqdirdə getməsinə razı olurlar. Sonda Nyu-York şəhərində gələcək aktyora reklam çarxlarından birində çəkilmək nəsib olur.

Deymon "The Informant" üçün keçirilən tədbirdə iştirak edir! 2009-cu ildə Venesiya Beynəlxalq Film Festivalında

Mett 1988-ci ildə ABŞ-nin və dünyanın ən məşhur və ən qədim universiteti olan Harvard universitetinə daxil olur və orda "Burn This" və "A... My Name is Alice" adlı və bir neçə başqa tamaşalarda iştirak edir. 1992-ci ildə Mett kino sənayesinin ona böyük uğur gətirəcəyinə inanaraq, Los-Anceles şəhərində "Geronimo: An American Legend" adlı filmdə çəkilmək üçün universitetin bakalavr dərəcəsini yarımçıq qoyur. 1990-cı ilin əvvələrində Deymon və Afflek özlərinə böyük şöhrət gətirəcək və "Oskar" qazandıracaq cavan dahi riyaziyyatçı alimin həyatından bəhs edən "Ağıllı Vill Hantinq" filminin ssenarisini yazmağa başladılar. Film Mett və Afflekin hər birinə 6000000 $ gəlir gətirməklə yanaşı, həmçinin ən yaxşı ssenari üzrə "Qızıl Qlobus" mükafatına layiq görüldü. Filmin dünya üzrə gəliri isə 225 milyon dollar təşkil etdi.

Bundan sonra 1998-ci ildə Deymonla "Ağıllı Vill Hantinnq" filminin çəkilişləri zamanı tanış olan məşhur rejissor Stiven Spilberq onu İkinci Dünya müharibəsinə həsr edilmiş "Siravi Rayanı xilas etmək" adlı filmində müharibədə bütün qardaşlarını itirmiş əsgər obrazını canlandırmağa dəvət etmişdir. Bundan sonra aktyor 1999-cu ildə triller,drama filmi olan "İstedadlı cənab Ripli" filmində Tom Ripli və həmkarı Ben Affleklə fentezi komediya janrında olan "Dogma" filmində Loki rollarını ifa edir. 2001-ci ildən 2007-ci ilə qədər ona dünya şöhrəti gətirən əsas rollardan biri də Stiven Soderberqin "Ouşenin 11 dostu", "Ouşenin 12 dostu" və "Ouşenin 13 dostu" adlı filmlərdə Linus Kaldvel adında canlandırdığı oğru obrazı olur. Bununla kifayətlənməyən Mett ona həmçinin daha çox şöhrət gətirən Robert Ladlemin romanı əsasında çəkilmiş amneziyalı, dövlətin sifarişi ilə siyasi qətllər törədən keçmiş Mərkəzi Kəşfiyyat idarəsinin əməkdaşını canlandıran "Bornun müəyyən edilməsi", "Bornun üstünlüyü" və "Bornun ultimatumu" adlı filmlərində də çəkilməyə macal tapır.

2006-cı ildə Mett məşhur və dünyaşöhrətli aktyor Robert de Niro və kinoaktrisa Ancelina Coli ilə birlikdə "Saxta tamah" adlı filmdə Mərkəzi Kəşfiyyat idarəsinin əməkdaşını və hadisələrin öz doğma Boston şəhərində baş verməsini əks etdirən rejissor Martin Skorsezenin çəkdiyi və digər bir neçə Leonardo Dikaprio, Cek Nikolson, Mark Uolberq, Alek Bolduin kimi kinoulduzlarla bərabər "Dönüklər" filmində polis akademiyasının içinə sızmış gizli mafiya qruplaşmasının üzvü kimi rollardan da çəkilməkdən çəkinmir. Film ən yaxşı filmə, ən yaxşı rejissor işinə, ən yaxşı ssenariyə və ən yaxşı montaja görə 4 "Oskar" mükafatına layiq görülür.

2009-cu ildən bu yana Mett "Ulduzlararası" və "Marslı" adlı fantastik və macəra janrlı filmləri də nəzərə almaqla daha 16 filmdə çəkilib. O özünü aktyorluqla yanaşı ssenarist və prodüser kimi də sahələrdə də sınayıb.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Mett 2003-cü ildə əslən Argentinalı olan və Mayami şəhərində barmen kimi çalışan Luciana Bozan Barosso ilə tanış olur. 2005-ci ilin Sentyabr ayında onlar nişanlandılar. Toy həmən ilin Dekabr ayının 9-da baş tutur. Cütlüyün İzabella, Cia və Stella adında 3 qız övladları var.

  1. 1 2 Matt Damon // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Matt Damon // filmportal.de. 2005.
  3. 1 2 Deutsche Nationalbibliothek Record #120559102 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. Wired. "Matt Damon & Julianne Moore Answer the Web's Most Searched Questions". YouTube. October 26, 2017. October 27, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 4, 2021.
  5. "All Time Top 100 Stars at the Domestic Box Office". The Numbers. August 25, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 10, 2014.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]