Meğri | |
---|---|
38°54′ şm. e. 46°14′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 906 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 650 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +374 (286) |
Poçt indeksi | 3401–3402 |
Digər | |
meghri.am | |
Vikianbarda əlaqəli mediafayllar |
Meğri (erm. Մեղրի) — Ermənistanın cənubundakı Sünik mərzində, İranla sərhəddə yerləşən Meğri rayonunun mərkəzi olan şəhər. 2011-ci il siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 4 580 nəfər olmuşdur. 2020-ci ilin rəsmi hesablamalarına görə isə Meğrinin əhalisi təxminən 4 500 nəfərdir. Meğri paytaxt İrəvandan 376 km, mərzin mərkəzi Qafandan isə 73 km cənubda yerləşir.
Toponim türk dilində "quruyan, az sulu çöl çayı olan dərə", "yüksəkliklərində aşırımı olmayan çıxılmaz dərə", "dalan kimi dərə" mənasında işlənən mukır, mukur sözünün[1] fonetik variant olan mığrı sözü əsasında formalaşmışdır. Digər bir variant olaraq, Meğri erməni dilində "bal şəhəri" mənasını verir.
Şəhərin adı mənbələrdə Mığrı[2] formasında işlənir. 1930-cu ilin sentyabrında Meğri rayonu yaradılmış və Meğri qəsəbəsi yeni yaranan rayonun mərkəzinə çevrilmişdir. 1959-cu ildə Meğriyə şəhər tipli qəsəbə statusu verilib. 1984-cü ildə Meğriyə şəhər statusu verilmişdir. Şəhər rayonun yerli kənd təsərrüfatı məhsulları əsasında inkişaf etmişdir.[3]