Meşənovruzu

Meşənovruzu
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Meşənovruzu
Beynəlxalq elmi adı

Meşənovruzu (lat. Cyclamen) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.

Dağnovruzu da adlandırılır. Gövdəsizdir, soğanaqvarı kökümsovu, uzunsaplaqlı, dəyirmi-tumurcuqvarı yarpaqları rozet əmələ gətirir. Çiçəkləri tək-tək, uzun çiçək saplağında yerləşir; ağ, çəhrayı, qırmızı olur. Aralıq dənizi ölkələrindəÖn Asiyada 20-dən artıq (başqa məlumata görə təqribən 55) növü var; KrımdaQafqazda 6–7 növü məlumdur. Dağ meşələrində və kol cəngəlliklərində bitir. Ən yaxşı iri çiçəkli otaq bitkilərindən biri olan İran meşənovruzu yarımnövləri və hibridləri becərmədə geniş yayılmışdır; oktyabrdan marta qədər çiçəkləyir. Çiçəkləmədən sonra yarpaqlar tələf olur, bitkilər dinclik vəziyyətinə keçir. Mayın sonunda böyüməyə başlayır (bu zaman onların yerini dəyişirlər). Əvvəlcə yeşiklərə, sonra dibçəklərə əkilməklə yeri bir neçə dəfə dəyişdirilir. Azərbaycanda 2 növü – yaz meşənovruzu və zərif meşənovruzu var. Düzgün qulluq edildikdə (kifayət qədər işıqlanma, mülayim temperatur, müntəzəm, lakin həddən artıq bol su verildikdə) meşənovruzu 20 ildən artıq yaşayır. Otaq şəraitində, həmçinin xırda, ətirli çiçəkləri olan Cyclamen purpurascens, açıq qruntda Qafqaz meşənovruzu (Cyclamen coum) becərilir.