MiQ-23 | |
---|---|
Tipi |
Qırıcı Qırıcı-bombardmançı |
İstehsalçı | MiQ |
Baş konstruktor | Anatoli Andreyev |
İlk uçuş | 10 iyun 1967[1] |
İstismara verilmə tarixi | 1969 |
Status | Məhdud sayda istismar olunur |
İstismarçılar |
Sovet Hərbi Hava Qüvvələri Suriya Hərbi Hava Qüvvələri |
İstehsal ili | 1967–1985 |
Buraxılış sayı |
5047 ədəd bütün variantlar 769 ədəd MiQ-23UB[2] |
Variantları | MiQ-27 |
Vikianbarda əlaqəli mediafayllar |
MiQ-23 (rus. МиГ-23; NATO kod adı: Flogger) Mikoyan adına konstruktor bürosunda, Qureviç tərəfindən çıxarılan dəyişən qanad quruluşuna sahib Sovet döyüş təyyarəsi. İlk prototip uçuşu 1967-ci ildə olmuşdur. 1968-ci ildə Domodedovo Aviasiya Sərgisində Avropa ölkələrinin böyük marağına səbəb olmuşdur. Təyyarə MiQ-23S kimi 1968-ci ildə seriyalı istehsala başlamışdır. Qısa və qeyri-standart yollarda havaya qalxma xüsusiyyətinə malikdir. Ayrıca MiQ-23PD kodlu bir VTOL dikinə qalxıb-enə bilən bir modeli də mövcuddur. Rusiya Hərbi Hava Qüvvələrində 1998-ci ildən etibarən silahlanmadan çıxarılsa da, bir sıra ölkələrdə istifadə edilir. İyirmi bir ölkədə on beş ayrı modeli istifadə edilmişdir. Bir motorlu və bir yerli təyyarədir. Ayrıca, MİQ-23S və MİQ-23U modelləri iki yerlidir.
•R-60
•R-27
•R-77
•R-73
•Kh-66 Qrom