Miduey çayı — İngiltərə çayıdır. Kent və Şərqi Susseks qraflığının ərazisindən keçir. Şirness şəhəri yaxınlığında Temza çayına tökülür. Hövzəsinin sahəsi 2409 km² (930 mil²).
Çayın suyundan 1746-cı ildən istifadə edilməyə başlanılmışdır. Çay kənarında taxılçılıq, meyvəçiliyik və yem bitkiləri əkilir. Çayın suyundan səmərəli istifadə edilməsi üçün kanallar çəkilir. 1746-cı ildə bu kanal Tonbricə kimi, 1828-ci ildə isə Li kəndinə qədər çatır.
Çayın ətrafında aparılmış arxeoloji qazıntılar zamanı burada daş, tunc və dəmir dövrünə aid əşyalar aşkar edilmişdir. II dünya müharibəsi dövründə burada Miduey döyüşü olmuşdur. Bu döyüş romalılarla britaniyalar arasında olmuşdur.