Migel de la Madrid | |
---|---|
isp. Miguel de la Madrid | |
| |
1 dekabr 1982 – 30 noyabr 1988 | |
Əvvəlki | Xose Lopes Portilyo |
Sonrakı | Karlos Salinas de Qortari |
Şəxsi məlumatlar | |
Doğum adı | Miguel de la Madrid Hurtado |
Doğum tarixi | 12 dekabr 1934[1][2][…] |
Vəfat tarixi | 1 aprel 2012[3][1][…] (77 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Emfizem |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, vəkil |
Vikianbarda əlaqəli mediafayllar |
Migel de la Madrid Urtado (isp. Miguel de la Madrid Hurtado; 12 dekabr 1934[1][2][…] – 1 aprel 2012[3][1][…], Mexiko[4]) — Meksika siyasətçisi, 1982–1988-ci illərdə Meksika Prezidenti.[5]
1957-ci ildə Meksika Milli Muxtar Universitetinin hüquq fakültəsində təhsil almışdır. 1965-ci ildə Harvard Universitetində dövlət idarəçiliyi üzrə magistr dərəcəsi əldə etmişdir. Daha sonra Meksika Milli Bankı və "Bancomext"də çalışmışdır. 1968-ci ilə qədər Meksika Milli Muxtar Universitetində dərs demişdir. 1963-cü ildən İnstitusional İnqilab Partiyasının (PRI) üzvüdür. 1965-ci ildə maliyyə naziri təyin edilmişdir. 1970–1972-ci illərdə "Pemex"in direktor müavini olmuşdur. 1972-ci ildə kredit üzrə baş direktor vəzifəsində yenidən maliyyə nazirliyinə qayıtmışdır. 1976–1982-ci illərdə Prezident Xose Lopes Portilyo yanında büdcə üzrə katib olmuşdur. 1982-ci ildə Portilyodan sonra prezident olmuşdur.[6]
O, prezident olanda ağır iqtisadi böhranla üzləşmişdi. Sələfindən fərqli olaraq, onun administrasiyası iri dövlət konqlomeratlarının liberallaşdırılması və özəlləşdirilməsi ilə xarakterizə olunurdu. O, 1986-cı ildə Meksikanın Tariflər və Ticarət üzrə Baş Sazişə (indiki Ümumdünya Ticarət Təşkilatı) qoşulmasını asanlaşdıran tədbirlər görmüşdür. Onun populyarlığı 1985-ci il zəlzələsi və vəziyyətin nəzarətə alınması cəhdləri ilə sarsılmışdı. O, 1988-ci ildə seçkilərdə iştirakdan imtina etmiş və onu Karlos Salinas de Qortari əvəz etmişdir.[6]