Mihran Damadyan | |
---|---|
![]() | |
Doğum tarixi | 1863[1][2] |
Doğum yeri | İstanbul |
Vəfat tarixi | 1945[1][2] |
Vəfat yeri | |
Fəaliyyəti | yazıçı, pedaqoq, siyasətçi, hərbi qulluqçu |
Partiyası |
Mihran Damadyan (həmçinin Damatyan kimi də yazılır; ermənicə : Միհրան Տամատեան; 1863[1][2], Konstantinopol, Osmanlı imperiyası – 1945[1][2], Qahirə) Osmanlı dövlətində yaşamış olan erməni inqilabçısı, siyasi fəalı, yazıçısı və müəllimi olmuşdur.
İtaliyanın Venesiya şəhərində Erməni Katolik İlahiyyat Fakültəsində təhsil almışdır. Müasir Batman əyalətində yerləşən Sasonda müəllimlik etməyə başlamışdır. Boyacıyan Hampartsum Murad Əfəndi (Medzn Murad) ilə bərabər 1894-cü ildə baş tutmuş olan Birinci Sason üsyanına rəhbərlik etmişdir. Hadisələr nəticəsində o, tutularaq həbs edilmişdir. İddia olunur ki, o, həbsdə olarkən qaçmasının qarşısını almaq üçün ayaqları sındırılmışdır.[3] Zəncirlənərək İstanbula göndərilmiş və bir müddət orada həbsdə qalmışdır.
Sosial Demokrat Hnçak Partiyasının aparıcı üzvlərindən biri olmuşdur.[4] O, Fransa rəsmiləri ilə aparılmış olan danışıqlar zamanı mühüm rol oynamışdır. Nümayəndə kimi o, 1920-ci ildə Çukurovada (Kilikiya) yaradılmış olan müstəqil erməni idarəçiliyinin Fransanın mandatına daxil olmasını təklif etmişdir.[5] Adanaya gedərkən dağlıq ərazidə yolu türk quldur dəstələri tərəfindən kəsilmiş və burada o zorakılığa məruz qalmışdır.[6]