Mil Mi-26

Mil Mi-26
Hazırlayan Mil Moskva Helikopter Zavodu
İstehsalçı Mil Moskva Helikopter Zavodu
İlk uçuş 14 dekabr 1977
İstismara verilmə tarixi 1985
İstismarçılar
Buraxılış sayı 318
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mil Mi-26 (ru: Миль Ми-26, NATO kod adı: "Halo") "İzdeliye 90" istehsal kodu altında istehsal olunan və Sovet İttifaqı dövründə istehsalına başlanılan Rus ağır nəqliyyat helikopteridir. Həm hərbi, həm də mülki helikopterlər arasında indiyədək istehsal olunan ən böyük və ən güclü helikopterdir.

Konstruksiya və inkişafı

[redaktə | mənbəni redaktə et]

Mi-26-dan daha ağır olan Mil Mi 12 (prototip adı: Mil V-12) helikopterinin inkişaf mərhələsi tamamlana bilmədikdə, 1970-ci illərin əvvəllərində yeni bir ağır nəqliyyat helikopterinin inkişafı layihəsinə başlanıldı. İlk növbədə İzdeliye 90 ("Layihə 90") adlandırılan layihə sonradan Mi-26 adlandırıldı. Bu yeni helikopterdə olması gözlənilən əsas xüsusiyyət, boş ağırlığının maksimum qalxma ağırlığının yarısından az olmasıdır. Mi-26 helikopteri, OKB-329 Dizayn Bürosunun (sonradan Mil Moskva Helikopter Zavodu adlandırıldı) qurucusu Marat Tişçenkonun köməyi ilə Mixail Mil tərəfindən hazırlanmışdır.

Hərbi və mülki ehtiyacları ödəyə bilən ağır nəqliyyat helikopteri olaraq inkişaf etdirilən Mi-26, əvəz etdiyi Mil Mi-6 helikopterinin kabin həcminin və daşıma qabiliyyətinin iki dəfə artırılmış versiyasıdır. Mi-26-nın hazırlanmasında əsas məqsəd 13 tonluq amfibiya zirehli transportyor və portativ ballistik raket batareyaları kimi hərbi texnikanın Antonov An-22 və ya Ilyushin Il-76 kimi hərbi nəqliyyat təyyarələri ilə əsas nöqtələrə çatdırıldıqdan sonra daha uzaq və çatılması çətin olan ərazilərə daşınmasıdır.

Mi-26 ilk uçuşunu 14 dekabr 1977-ci ildə etdi. 1983-cü ildə inkişaf mərhələsi tamamlanan vertolyot, 1985-ci ildən Sovet Hərbi Hava Qüvvələrinin və Sovet İttifaqındakı mülki təşkilatların inventarına girdi.

Aeroflot Mi-26 1984 Farnborough Aviaşousunda.

8 bıçaqlı əsas rotorlu ilk kütləvi istehsal helikopteri olan Mi-26, helikopterin ehtiyacı olan qüvvəni bütün mühərriklərə paylayan bir sistem sayəsində mühərriklərindən biri (vertolyotun mövcud vəzifə ağırlığından da asılı olaraq) sıradan çıxmış olsa belə, vəzifəsinə davam edə bilər. Mi-26 Halo, ağırlığı Mi-6-dan bir qədər çox olsa da, təxminən 20 ton yük daşıya bilər. Seriyalı istehsal mərhələsinə girməyən V-12-dən sonra istehsal olunan bu dövrə qədər ki, ən böyük və ən ağır helikopter olan Mi-26-nın quyruq rotoru, MD 500-ün 4 bıçaqlı əsas rotoruna diametrcə yaxındır və təxminən eyni miqdarda itələmə gücü yarada bilir.

Mi-26-nın sürətlər qutusu helikopterin ölçüsü ilə müqayisədə çox ağır olmasa da, 19,725 at gücünü rotorlara ötürə bilər. Mil şirkətinin hazırkı sürətlər qutusu tədarükçüsü Mil şirkətinin istədiyi spesifikasiyalara sahib olan sürət qutusunun dizayn edilə bilməyəcəyini elan etdikdən sonra Mil Dizayn Bürosu Mi-26-nın sürətlər qutusunu özü dizayn etmiş və onu V-26 adlandırmışdır.

Mi-26, 1982-ci ildə 2000 metr hündürlüyə ümumi 56.768.8 kq çəki ilə çıxaraq olan mühüm bir rekord qırmışdır.

2010-cu ilin iyul ayında edilən bir açıqlamaya görə, Rusiya ilə Çin müştərək olaraq 33 tonluq ağır nəqliyyat helikopteri hazırlayacaqlar.

Rus helikopter istehsalçısı Rostvertol, Rusiya Hərbi Hava Qüvvələrinin 20-yə yaxın helikopterdən ibarət olan Mi-26 donanmasındakı helikopterləri yeniləyir/təmir edir və günümüzün tələblərinə uyğun olaraq modernləşdirir. Yenilənmiş və modernləşdirilmiş helikopter Mi-26T adlanır. 2015-ci ildə tamamlanması gözlənilən layihə, mövcud donanmanın yenilənməsinə əlavə olaraq 22 yeni Mi-26T helikopterlərinin də istehsalını əhatə edir. İstehsal ediləcək 22 yeni Mi-26T-dən 8-i 2012-ci ilin yanvarında Rusiya Hərbi Hava Qüvvələrinə təhvil verilmişdir.

Əməliyyat tarixi

[redaktə | mənbəni redaktə et]

1986-cı ildə Çernobıl reaktor qəzasından sonra başlanan təmizləmə işlərində istifadə edilməsi üçün fövqəladə hal kimi inkişaf etdirilən 30 Mi-26S fəlakətə müdaxilə vertolyotu, yalnız radiasiya ölçmələrində deyil, həm də radioaktiv şüalanmanın qarşısını almaq üçün partlayışın olduğu 4 saylı reaktorun içərisinə çox miqdarda izolyasiya materialının dəqiq yerləşdirilməsi işlərində istifadə edildi. Bu model, pilotları və helikopterdəki digər işçiləri radiasiyadan qorumaq üçün yüksək mühafizə kokpit pəncərələri və filtr sistemi ilə təchiz edilmişdir. Alt hissəsinə bir maye tankeri və püskürtmə sisteminin qurulduğu vertolyot, 4 nömrəli reaktorun içərisinə izolyasiya materialını səpərək işə böyük töhfə vermişdir.

Əfqanıstanda Chinook Xilasetmə Əməliyyatı

[redaktə | mənbəni redaktə et]

2002-ci ilin yazında, iki Amerikan MH-47E Chinook helikopterini Əfqanıstandakı bir dağdan xilas etmək üçün bir ədəd mülki Mi-26 icarəyə götürüldü. Regiondakı terror təhlükəsi altında və eyni zamanda 2500 metrdən yuxarı yüksəkliklərdə xilasetmə əməliyyatı zamanı vertolyotlar maksimum uçuş çəkisindən artıq ağırlığında yüklərə məruz qaldılar.

Çeçenistan qəzası

[redaktə | mənbəni redaktə et]

Tam yüklənmiş bir Mi-26, 19 Avqust 2002-ci ildə Çeçen separatçılar tərəfindən yer-hava raketi ilə vuruldu. Helikopterin ərazidəki mina sahəsinə düşməsi ilə nəticələnmiş hadisədə 127 nəfər öldü.

Əfqanıstanda vurulma və düşürülmə hadisəsi

[redaktə | mənbəni redaktə et]

Moldovanın Pecotos Air şirkətinə məxsus Mi-26, 2009-cu ilin iyul ayında Əfqanıstanın Helmand əyalətinə edilən hücumda vuruldu. Daha sonra NATO adına humanitar yardım üçün xidmət göstərdiyi bildirilən Moldovanın Mi-26 helikopteri, 6 Ukraynalı heyət üçün məzara çevrildi.

Hindistan Hərbi Hava Qüvvələri — Qəzaya uğrama hadisəsi

[redaktə | mənbəni redaktə et]

14 dekabr 2010-cu ildə Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Mi-26, Jammu hava limanından qalxdıqdan bir neçə saniyədən sonra 15 metr hündürlükdən düşdü və qəzada 9 sərnişini yaralandı. Hindistan Uçuş Təhlükəsizliyi İnstitutu tərəfindən hazırlanan tədqiqat hesabatına görə qəza Mi-26-nın daşıdığı bir qatar vaqonunun helikopterin tarazlığını pozması nəticəsində meydana gəlmişdir.

Norveç Krallıq Hərbi Hava Qüvvələri — Dəniz Kralı Xilasetmə Əməliyyatı

[redaktə | mənbəni redaktə et]

Norveç Krallıq Hərbi Hava Qüvvələrinə məxsus bir Westland dəniz kralı, havada yaşadığı texniki problemlərə görə 11 dekabr 2012-ci ildə Divgagáisá dağına təcili eniş etməli oldu. Təcili eniş zamanı vertolyotun eniş mexanizminə ciddi ziyan dəydi. Ardınca ara rotor bıçaqlarının çıxarılması və daha sonra yanacaq çənindəki yanacağın boşaldılması yolu ilə nəqliyyata uyğunlaşdırılan Sea King, hadisədən bir gün sonra Mil Mil-26 ilə Banak Hava Bazasına gətirildi.

Afinada yanğınsöndürmə vəzifəsini icra edən Mi-26TC
Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Mi-26
Mil-26-nın yük hissəsi
Bir Mi-26, Karakas, Venesuela səmasında hərbi parad zamanı
Meksika Hərbi Hava Qüvvələrinə məxsus Mil Mi-26-ya Meksikanın Santa Lucía Hərbi Hava Qüvvələri Bazasında yükləmə həyata keçirdilərkən.
V-29

Prototip versiyası.

Mi-26

Hərbi və mülki nəqliyyat üçün hazırlanmış versiya. NATO kod adı: "Halo-A".

Mi-26A

Təkmilləşdirilmiş uçuş/naviqasiya sistemi olan versiya.

Mi-26M

Performans xüsusiyyətləri təkmilləşdirilmiş versiya.

Mi-26MS

Hava təcili yardımı versiyası.

Mi-26NEF-M

Sualtı döyüş müharibəsi üçün hazırlanmış versiya.

Mi-26P

Mülki nəqliyyat üçün hazırlanmış versiya. Daşıma qabiliyyəti: 63 sərnişin.

Mi-26PP

Radio qəbuledicilərlə təchiz olunmuş versiya.

Mi-26PK

Uçan bir kran kimi inkişaf etdirilmiş versiya.

Mi-26S

Təbii fəlakət və s. hadisələrdən sonrakı kömək işlərində istifadə üçün hazırlanmış versiya.

Mi-26T

Mülki nəqliyyat üçün hazırlanmış versiya.

Mi-26TC

Yük daşınması üçün hazırlanmış versiya.

Mi-26TM

Uçan bir kran kimi inkişaf etdirilmiş versiya.

Mi-26TP

Yanğınsöndürmə helikopteri kimi inkişaf etdirilmiş versiya.

Mi-26TC

Mi-26T-nin ixrac versiyası.

Mi-26TZ

Yanacaq tankeri versiyası.

Mi-26T2

Mi-26T-nin təkmilləşdirilmiş versiyası. Bu versiyaya inteqrasiya olunmuş BREO-26 elektron avadanlığı, helikopterin gecə/gündüz və pis hava şəraitində səmərəli istifadəsinə imkan verir.

Mi-27

Havadan komandanlığın tapşırıqları üçün inkişaf etdirilməsi təklif edilmiş və iki prototipi istehsal edilmişdir.

Xüsusiyyətləri (Mi-26)

[redaktə | mənbəni redaktə et]
Mil Mi-26 helikopterinin 3 tərəfli görünüşü
  • Ümumi xüsusiyyətləri
    • Ekipaj: 5 nəfər – 2 pilot, 1 uçuş müşaviri, 1 yükləmə mütəxəssisi, 1 uçuş tekniki
    • Daşıma Tutumu:
      • 90 ədəd piyada və ya 60 ədəd xərək
      • 20,000 kq karqo
    • Uzunluq: 40.025 m (rotorlarla birlikdə)
    • Rotor Çapı: 32.00 m
    • Hündürlük: 8.145 m
    • Disk Sahəsi: 804.25 m²
    • Boş Çəkisi: 28,200 kq
    • Yüklü çəkisi: 49,600 kq
    • Maksimum uçuş çəkisi: 56,000 kq
    • Motor və Motor Gücü: 2 × Lotarev D-136 turboşaft, hər biri 11,399 A.G. (8,500 kW)
  • Performans Xüsusiyyətləri
    • Maksimum Sürət: 295 km/s
    • Kreyser Sürəti: 255 km/s
    • Mənzil: 1,920 km (əlavə yanacaq tankerləri ilə)
    • Xidmət Hündürlüyü: 4,600 m
  1. World Air Forces 2014. 2014.
  2. World Air Forces 2008. 2008.