Mi-28 | |
---|---|
Ми-28 | |
Tipi | Hücum helikopteri |
Hazırlayan | Mil Moskva Helikopter Zavodu |
İstehsalçı | SSRİ Rusiya |
Dizayner | Mil helikopter zavodu |
İlk uçuş | 10 noyabr 1982[1] |
İstismara verilmə tarixi | 15 oktyabr 2009 (Mi-28N)[2] |
Status | İstismarı davam edir |
İstismarçılar | Rusiya |
İstehsal ili | 1982 - davam edir |
Buraxılış sayı | 126+[3] |
Vahidinin qiyməti | 15-16 milyon ABŞ $ (2002) |
Vikianbarda əlaqəli mediafayllar |
Mi-28 (NATO kod adı Havoc) döyüş helikopteri Rusiya istehsalıdır. Ruslar ötən əsrdə apardığı müharibələrdə çoxlu sayda Mi-24 tipli döyüş helikopterlərindən istifadə edib. Xüsusi ilə bu özünü Çeçenistanda daha qabarıq şəkildə büruzə verdi. Bundan sonra rus mutəxəssisləri daha mükəmməl helikopter yaratmaq üçün işə başladılar. Beləliklə 70-ci illərin sonu 80-ci illərin əvvəllərində Mi-28 və Ka-50 döyüş helikopterləri istehsal olundu. Silahlanması haqqında indinin özündə də çox az məlumat verilir.
İlkin istehsal variantı. İlk uçuşunu 1982-ci ildə həyata keçirmişdir.
Tank əleyhinə silahlarla təchiz olunmuş istehsal variantı.
İstənilən hava şəraitində verilən tapşırığı yerinə yetirə bilir. Termoqrafik kamera və lazer məsafəölçənlə təchiz olunmuşdur. Maksimum qalxma ağırlığı 11,500 kq olan bu varianta 2,350 kq ağırlığında silah yüklənə bilər.
Yeni modernizasiya olunmuş variant. Fərqli silah idarəetmə sistemləri və yeni radarla təchiz olunmuş bu variant ilk uçuşunu 2016-cı ilin oktyabrında həyata keçirmişdir.[4]
Mi-28N variantına oxşardır, lakin üzərində radar yoxdur.
Şimali Koreyaya təklif olunan ixrac variantı.
Silahlı nəqliyyat variantı. Prototip mərhələsinə qədər çatmayıb.
(Učebno-Bojevoj — təlim və döyüş) Mi-28N-in təlim məqsədilə hazırlanmış variantdır. Təlim helikopteri kimi fəaliyyət göstərməsinə baxmayaraq, həm də hücum helikopteri kimi də istifadə edilə bilər.[5]
Hərb ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |