Milgram eksperimenti

(E) Expementator (en: experimenter), (T) müəllim (en: teacher), (L) öyrənən (en: learner)

Ilk dəfə 1961-ci ildə Stanley Milgram tərəfindən "Avtoritetə tabe olma" (Obedience to authority) adlandırdığı psixoloji experimentini New Haven şəhərində aparmışdır.

Bu experimentin əsas məqsədi insanların avtoritet qarşısında itaətikarlığın həddini yoxlamaq idi. Yoxlamada müəllim (experimentin əsas aparıcısı — L) tələbəni (oyuncu — S) verilən hər bir yanlış cavabda süni elektrik şok altına salır və experimentin əsas gedişatından isə sadəcə müəllimin xəbəri olmur. Experimentin labor aparıcısı (həmçin oyuncu — V) müəllimə əmrlər verir. Verilən hər bir yanlış cavabda elektrik şok qövvəsi artırılır. Bu experiment müxtəlif variantlarda əks olunub.

Qeyd etmək lazımdır ki, avtoritetə tabe olma dedikdə S. Milgram aşağı statuslu şəxsin yüksək statuslu şəxsə tabe olmasını nəzərdə tuturdu.

Experimentin elanı

[redaktə | mənbəni redaktə et]
Milgram Experiment

Elan vasitəsilə könüllülər kiçik ödəniş ($4.5) müqabilində yaddaş və öyrənmənin tədqiqinə aid təcrübədə iştirak etməyə dəvət olunurlar. Könüllü Yel Universitetindəki laboratoriyaya gəldikdə ona və digər şəxsə izah edirlər ki, müəyyən linqvistik materialın öyrənilməsində cəzanın rolu tədqiq olunur. İki nəfərdən biri "müəllim", digəri "öyrənən" rolu oynamalıdır. "Müəllim" "öyrənənə" kağızdan söz birləşmələrinə aid o qədər də çətin olmayan tapşırıqlar oxumalıdır. "Öyrənən" tapşırıqların düzgün cavabını deməlidir. "Öyrənən" düzgün cavab vermədikdə "müəllim" onu elektrik şoku ilə cəzalandırmalıdır. İlk səhvin cəzası 15 v-dur. Hər səhv cavabla elektrik cərəyanının gərginliyi 15 v artmalıdır və bu qayda ilə 450 v-a çatdırıla bilər.

Könüllü şərtlərlə razılaşdıqdan sonra eksperimentator püşk ataraq onu "müəllim", yanındakı ikinci şəxsi "öyrənən" təyin edir. Qeyd etmək lazımdır ki, "öyrənən" rolu aktyor tərəfindən ifa edilir, lakin iştirakçı bunu bilmir.

Cihazın 15 v-dan 450 v-a qədər cərəyan buraxan 30 düyməsi var. Hər düymənin üzərində uyğun gərginlik dərəcəsi qeyd edilmişdir. Öyrənən səhv cavab verdikdə iştirakçı bu düymələr vasitiəsilə öyrənənə elektrik cərəyanı göndərməlidir. Əslində bu cihaz imitatordur, cərəyan istehsal etmir, lakin iştirakçının bundan xəbəri yoxdur. İştirakçı öyrənənə tapşırıqları oxuyur. Öyrənən əvvəldən şərtləşdiyi kimi vaxtaşırı səhv cavablar verir və bu zaman hər səhv cavabla artan elektrik cərəyanı ilə cəzalandırılır. İştirakçı öyrənənə 150 v cərəyan göndərəndə öyrənən əvvəlcədən labor aparıcısı ilə müəyyənləşdirilmiş qaydaya uyğun olaraq etiraz etməyə başlayır. Şikayətlər zamanı iştirakçı yanında oturmuş və prosesi izləyən labor aparıcısından məsləhət istəyir və o müəllimin göstərdiyi hər tərəddüdündə sadəcə dörd cümlələrdən istifadə edirdi:

  • 1-ci cümlə: "Zəhmət olmas dəvam edin!"
  • 2-ci cümlə: "Sizin devam etməniz experiment üçün vacibdir!"
  • 3-cü cümlə: "Siz devam etməlisiniz!"
  • 4-cü cümlə: "Sizin başqa seçiminiz yoxdur, devam etməlisiniz!
Volt Şagirdin reaksiyası
75 V xortultu
120 V ağrı qışqırıqları
150 V experimentdə artıq iştirak etmək istəmədiyini bildirir
200 V qişqırıq: "qanım donur!"
300 V cavab verməkdən imtina edir
330 V -dan çox sakitlik

Təcrübənin nəticələri

[redaktə | mənbəni redaktə et]

Təcrübənin əsas variantlarında iştirakçıların 65%-i tam tabe olma nümayiş etdirərək eksperimentatorun əmri ilə öyrənənə göndərdikləri cərəyanı 450 v-a çatdırırlar. İştirakçıların 35%-i müxtəlif mərhələlərdə öyrənənə daha çox zərər vurmaq istəməyərək eksperimentatorun əmrinə tabe olmaqdan imtina edir və təcrübəni yarıda saxlayırlar.

Tam tabe olan iştirakçılar təcrübə zamanı davranışları ilə fərqlənirdilər. Onlardan bəziləri hərəkətlərinə heç bir şübhə göstərməyərək, inamla cərəyanı maksimum səviyyəyə qaldırırdılar. Bəziləri isə öyrənənin tərəfini saxlamağa, onun tapşiriğini asanlaşdırmağa, cəzasını yüngülləşdirmək məqsədilə eksperimentatorla mübahisə etməyə çalışır, lakin sonda yenə də eksperimentatorun iradəsinə tabe olurdular. Tabe olanların əksəriyyəti öyrənənə verilən cəza üçün məsuliyyəti əmr verən eksperimentatorun və tapşırığı yaxşı yerinə yetirə bilməyən öyrənənin üzərinə qoyur, özlərini daha az məsuliyyətli hesab edirdilər.

Tabe olmayan iştirakçıların əksəriyyəti öyrənənə verilən cəza üçün məsuliyyəti öz üzərlərinə götürürdülər.

Təcrübənin variantları

[redaktə | mənbəni redaktə et]

S. Milgram müxtəlif parametrləri dəyişərək təcrübəni dəfələrlə təkrar etmişdir. Parametrlərin dəyişməsi tabe olma faizinin artıb azalmasına səbəb olmuşdur. 40 nəfər kişi və 40 nəfər qadından ibarət qruplarla aparılan təcrübələr hər iki qrupda tabe olma dərəcəsinin eyni, 65% olduğunu göstərmişlər.

S. Milgram iştirakçı ilə öyrənən arasındakı məsafənin təcrübənin nəticəsinə təsirini yoxlamaq üçün Eksperiment 3-də öyrənəni iştirakçı və eksperimentatorla eyni otaqda yerləşdirir. Bu təcrübə zamanı iştirakçı öyrənənə elektrik zərbəsi endirərkən onun necə dartıldığını aydın görür və onun nə hiss keçirdiyini daha çox duyur. Məsafənin azalması tabe olmani 40%-ə düşürür.

Eksperiment 7-də müəllif əmr verən və tabe olan arasındakı məsafənin nəticəyə təsirini yoxlamaq üçün eksperimentatoru başqa otağa keçirir. İştirakçı onunla ancaq telefon vasitəsilə əlaqə saxlaya bilir. Bu halda əmr verən uzaqda olduğu və nəzarət olmadığı üçün tam tabe olma 25,5% təşkil edir. Bu təcrübə zamanı iştirakçıların bəziləri əmrə tabe olmalarına baxmayaraq instruksiyadan kənara çıxıb öyrənənə daha az cərəyan göndərirlər və eksperimentatoru aldatmağa cəhd göstərirlər. Milgram Yel universitetinin nüfuzunun təcrübə iştirakçılarının tabe olma faizini artırdığından şübhələnir və Eksperiment 10-u mərkəzdən uzaqda, Bricport (Bridgeport) adlı sənaye şəhərciyində, sadə görünüşlü bir binada aparır. Laboratoriyanın texniki təchizatı da zənginlikdə əvvəlkindən geri qalır. Bu dəfə tam tabe olma 47,5% olur.

Əsas təcrübədə tabe olma faizinin yüksək olması Milgramın və onun ətrafındakı tədqiqatçıların nəticəni, iştirakçıların aqressivliyi ilə izah etməsinə səbəb oldu. Belə bir fikir var idi ki, əksər iştirakçılar eksperimentatorun verdiyi əmrlərdən öz aqressiv istəklərini həyata keçirmək üçün istifadə edirlər. Bu hipotezi yoxlamaq məqsədilə aparılan Eksperiment 11-də iştirakçılara izah edirlər ki, öyrənən səhv etdikdə iştirakçı onu, 15 v-dan 450 v-a qədər istədiyi gərginlikdə cərəyan ilə cəzalandıra bilər. Bu təcrübədə 40 nəfərin ancaq biri öyrənənə 450 v cərəyan göndərdi. Əksər iştirakçılar cəza kimi aşağı gərginlikli, (max 90 v) düymələri seçdilər.

Təcrübəyə münasibət

[redaktə | mənbəni redaktə et]

S. Milgramın apardığı təcrübə Amerikada mənfi nümunə kimi qarşılandı və uzun müddət belə qəbul edildi. Milgram mətbuatda və elm cəmiyyətində güclü tənqidlərlə qarşılaşdı.

Bu təcrübəyə tutulan əsas irad onun etik qaydalara uyğun aparılmamasından ibarət idi. Tənqidçilər müəllifi, təcrübə iştirakçılarının hisslərini nəzərə almamaqda, xüsusən tam tabe olanlarda təcrübədən sonra daxili konfliktin yarana biləcəyində günahlandırırdılar. Əslində isə eksperiment zamanı etik məsələlərə xüsusi diqqət yetirilmlşdi. Hər təcrübədən sonra iştirakçılarla söhbət aparılmış, öyrənənin heç bir şok almadığı, təcrübənin əsl məqsədi onlara bildirilmişdi. Bundan başqa tabe olanların öz hərəkətlərinə görə əzab çəkməməsi üçün onlara haqq qazandırılmış, onların iştirakının insan davranışını başa düşmək məqsədinə xidmət etdiyi xüsusi qeyd olunmuşdu.

Təcrübəyə tutulan başqa bir irad ondan ibarət idi ki, iştirakçılar təcrübənin əslində oyun olduğunu və öyrənənin elektrik şoku almadığını hiss edirlər. Lakin təcrübə zamanı iştirakçıların eksperimentatorla olan dialoqları, onların baş verənlərə reaksiyaları, keçirdikləri gərginlik göstərir ki, onlar hər şeyi ciddi qəbul edir və öyrənənə həqiqətən elektrik cərəyanı göndərdiklərinə şübhə etmirlər. Lakin sonrakı illərdə təcrübəyə münasibət dəyişdi və indi Milgram təcrübəsi sosial psixologiya tarixində aparılmış insan təbiətinin öyrənilməsində böyük rol oynayan yeddi ən mühüm təcrübədən biri hesab olunur.

  • Milgram, S. (1974). Obedience to authority. An experimental view. New York: HarperPerennial
  • Obedience to Authority. Current Perspectives on the Milgram Paradigm. Edited by Thomas Blass. (2000). Lawrence Erlbaum Associates
  • Милграм. С. (2000). Эксперимент в социальной психологии. Питер
  • Майерс, Д. (2005). Социальная психология. Питер. Санкт-Петербург

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

http://www.dailymotion.com/video/x24guhr_the-milgram-experiment_shortfilms

https://www.youtube.com/watch?v=ek4pWJ0_XNo

http://www.edmotivate.com/uploads/4/7/6/4/47648491/milgram_experiment.pdf

http://www.simplypsychology.org/milgram.html