Milli Firqə | |
---|---|
Quruluş tarixi | 1917 |
Milli Firqə (azərb. Milli Partiya krımtat. Milliy Fırqa) — Krım yarımadasında fəaliyyət göstərmiş Krım tatarlarının siyasi partiyası.[1]
Milli Firqə 1912-ci ildə Çar Rusiyası zamanı qurulmuşdur. Krım türklərinin Rusiya müstəmləkəçiliyindən qurtulmaq, siyasi və kültürəl haqlarını geri qazanmaq və vətənlərində müstəqil yaşamaq məqsədilə Noman Çələbi Cihan tərəfindən qurulmuşdur.[2][3] Hökumətə müxalif siyasi xətt izləmişdir. Partiya mənsubları 1918-ci ildə bolşeviklər ilə silahlı mübarizəyə girsə də, sonda məğlub olmuşdur.
Partiya sədri Noman Çələbi Cihanın öldürülməsindən sonra partiya dağıdıldı və bir çox üzvü həbs edildi. Bəzi partiya mənsubları 18 oktyabr 1921-ci ildə qurulan Krım Muxtar Sovet Sosialist Respublikası hökumətində yer almağa başladılar.