Milli Futbol Liqası

Milli Futbol Liqası
Aktual sezon/turnir 2016 MFL mövsümü
İdman Amerika futbolu
İlk mövsüm 20 avqust 1920 (104 il əvvəl) (1920-08-20)[1]
Klub sayı 32
Ən uğurlu komanda Qrin-Bey Pekers (13 dəfə)[2]
Ölkə ABŞ ABŞ
Ən son çempion Kansas City Chiefs[2]
Rəsmi sayt nfl.com

Milli Futbol Liqası (MFL) (ing. National Football League (NFL)) - peşəkar Amerika futbolu liqası. Liqanı təşkil edən 32 klub Milli Futbol Konfransı (MFK) və Amerika Futbol Konfransı (AFK) adlı iki bərabər hissəyə bölünür. MFL Şimali Amerikada dörd əsas peşəkar idman liqalarından biridir və Amerika futbolunda dünyada ən yüksək pillədir.[3] MFL-in 17 həftəlik daimi mövsümü Əmək günündən sonrakı həftə başlayaraq Miladdan sonrakı həftəyə qədər davam edir ki, bu müddətdə hər komanda 16 oyun və bir boş həftə keçirir. Daimi sezon nəticələndikdən sonra hər konfransdan 6 klub (4 divizion qalibi və 2 vəhşi kart klubu) pley-off mərhələsinə yüksəlir. NFK və AFK pley-off qaliblari Super Boul uğrunda mübarizə aparırlar.

MFL 1920-ci ildə Amerika Peşəkar Futbol Assosiasiyası adı ilə yaranmış və 1922-ci il mövsümündən sonra Milli Futbol Liqası adını almışdır. 1966-cı ildə Amerika Futbol Liqası (AFL) ilə birləşmək qərarı almış və mövsüm sonunda ilk Super Boul verilmişdir; birləşmə prosesi 1970-ci ildə tamamlanmışdır. Bugün MFL dünyada ən çox ortalama tamaşaçıya (67,591) malik peşəkar idman liqasıdır[4] və ABŞ-da ən məşhur idman liqasıdır. Super Boul dünyanın ən nəhəng idman hadisələri sırasındadır[5] və bəzi Super Boul oyunu Amerika tarixində bir çox dəfə ən çox baxılan televeriliş olmuş və 2015-ci ildə də ən çox baxılan televeriliş ünvanını əldə edib.[6] Liqanın icraçı direktoru liqanın tənzimlənməsində geniş səlahiyyətə malikdir.

Ən çox MFL çempionu olan klub Qrin-Bey Pekers (13 dəfə), ən çox Super Boul qazanmış klub isə Pittsburq Stilers (6 dəfə) olmuşdur. Liqanın son qalibi Super Boul 50-də Karolina Pantersi 24-10 nəticəsi ilə məğlub edən Denver Bronkosdur.

1920-ci ildə Amerika Birləşmiş Ştatlarının Kanton (Ohayo ştatı) şəhərində, oyunçulara cıxışlarına görə pul verilən ilk amerika futbolu liqası olan Amerika peşəkar futbol assosiasiyası yaradıldı. "Kanton Bulldoqs"-dan olan əfsanəvi atlet Cim Torp liqanın ilk prezidenti olur. 1920-ci il mövsümünü başlayan 11 komandadan yalnız dördü mövsümü başa çatdıra bildi. Heç bir oyunda məglub olmayan "Akron Pros" liqanın qalibi olur. 1921-ci ildə komandaların sayı 22-yə artsa da bütün 20-ci illərdə istirakçı sayı qeyri-stabil qalir və bu illərdə amerika futbolu hələ ki, milli oyun sayılmırdı. Bu baximdan o beysbola uduzurdu. 1934-cü il mövsümündə artıq "Qrin-Bey Pekers"dən başqa bütün komandalar böyük şəhərləri təmsil edirdi. Çempionluq uğrunda ilin (ilbaşı) oyunu 1933-cü ildə təsis edilmiş, universitetlərdən gənc oyuncular draftı (seçimi) isə ilk dəfə 1936-cı ildə keçirilmişdir. 1962-ci ildən etibarən komandalar qaradərili oyunçuları dəvət etməyə başlayırlar. İlk vaxtlar universitet futbolu daha populyar idi, lakin II Dünya müharibəsinin sonlarında artıq peşəkar futbol universitet futbolu ilə tamasaçı marağı uğrunda rəqabətə başlayır. Qaydaların dəyişdirilməsi və strategiyadakı innovasiyalar oyunların məhsuldar və baxımlı olmasına gətirib çıxardır. Həmçinin liqanın coğrafiyası da genişlənir. 1950-ci ildə NFL klublarının sayı 13-ə kimi artır. 1950-ci illərdən etibarən oyunlar milli televiziya ilə numayiş etdirilməyə başlanır və amerika futbolu milli idman növunə çevrilir.

MFL hər birində 16 klub olmaqla iki konfransda iştirak edən ümumilikdə 32 klubdan ibarətdir. Hər konfrans dörd klubdan təşkil olunan dörd diviziyaya bölünür. Daimi mövsüm müddətində hər klubun heyətində 53 oyunçunun olmasına icazə verilir;[7] oyun günü isə yalnız onlardan 46-sı aktiv (oynamağa münasib) ola bilər.[8] Hər klub əsas heyətə aid olmayan 10 oyunçudan ibarət təcrübə heyətinə də malik ola bilər, lakin buradakı oyunçu cari mövsümün son 9 oyununda aktiv vəziyyətdə olmamalıdır. Hər bir oyunçu təcrübə heyətində 3 mövsümdən artıq qala bilməz.[9]

  1. 1 2 The New York Jets and New York Giants share MetLife Stadium.[13]
  2. 1 2 The Baltimore Ravens were originally the Cleveland Browns, and moved to Baltimore in 1996. Due to an agreement with the city of Cleveland that allowed the club to move, the Browns name, colors, and team history/records were left for a new Cleveland Browns team while the team, personnel, and staff of the old Browns team were allowed to move to Baltimore.[14] As such, the Ravens are considered to have begun play in 1996 while the current Cleveland Browns are considered to have been founded in 1950, became inactive from 1996 to 1998,[12] and resumed play as new team in 1999.[15]
  3. The Jaguars will play one home game at Wembley Stadium in London, England from 2013 to 2016.[16][17]
  4. The Minnesota Vikings will play at U.S. Bank Stadium beginning in the 2016 NFL season.
  5. The Rams franchise moved from St. Louis, Missouri, to Los Angeles after the 2015 NFL season and will play at Los Angeles Memorial Coliseum from 2016–2018 until the Los Angeles Entertainment Center in Inglewood, California, has finished construction for the 2019 NFL season.[18][19][20]
  1. "2015 Official NFL Record and Fact Book" (PDF). National Football League. July 21, 2015. November 6, 2015 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: October 25, 2015. An organizational meeting, at which the Akron Pros, Canton Bulldogs, Cleveland Indians, and Dayton Triangles were represented, was held at the Jordan and Hupmobile auto showroom in Canton, Ohio, August 20. This meeting resulted in the formation of the American Professional Football Conference.
  2. 1 2 "History: NFL Champions". Pro Football Hall of Fame. August 27, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 30, 2013.
  3. Jozsa, Frank P. Sports Capitalism: The Foreign Business of American Professional Leagues. Ashgate Publishing. 2004. səh. 270. ISBN 978-0-7546-4185-8. Since 1922, [the NFL] has been the top professional sports league in the world with respect to American football
  4. "NFL is world's best attended pro sports league". ABS-CBN News. Agence France-Presse. January 6, 2013. October 6, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 30, 2013.
  5. Harris, Nick. "Elite clubs on Uefa gravy train as Super Bowl knocked off perch". The Independent. London. January 31, 2010. November 19, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 28, 2012.
  6. "Super Bowl XLV Most Viewed Telecast in U.S. Broadcast History". Nielsen Company. February 7, 2011. February 7, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 17, 2013.
  7. Florio, Mike. "League unexpectedly expands rosters from 80 to 90". Pro Football Talk. NBC Sports. April 23, 2012. February 1, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 1, 2013.
  8. Smith, Michael David. "NFL drops third quarterback rule, 46 active players on game day". Pro Football Talk. NBC Sports. July 22, 2011. August 23, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 1, 2013.
  9. "Practice squads for all 32 NFL teams: Case Keenum joins Texans". NFL.com. National Football League. September 1, 2012. September 5, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 1, 2013.
  10. 1 2 "Teams". Pro Football Hall of Fame. January 10, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 1, 2013.
  11. Breer, Albert. "NFL stadiums go from boom to swoon in span of a decade". NFL. July 6, 2012. January 31, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 1, 2013.
  12. 1 2 "History of NFL franchises, 1920-present". Pro Football Hall of Fame. January 2, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 1, 2013.
  13. Borden, Sam; Shipigel, Ben. "Preparations Different for a Home-and-Home Contest". The New York Times. December 22, 2011. April 7, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 2, 2013.
  14. Morgan, Jan. "Deal clears NFL path to Baltimore". The Baltimore Sun. February 9, 1996. September 1, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 1, 2013.
  15. Gossi, Tony. "Rival Pittsburgh gives Cleveland a brutal welcome in 43-0 drubbing". The Plain Dealer. September 12, 1999. May 13, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 1, 2013.
  16. Pengelly, Martin. "Jacksonville Jaguars to play four NFL 'home' games at Wembley". The Guardian. London. August 21, 2012. December 9, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 1, 2013.
  17. "Jacksonville Jaguars to host regular-season game in United Kingdom in each of next four years". Jaguars.com. Jacksonville Jaguars. August 21, 2012. September 19, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 14, 2015.
  18. Hanzus, Dan. "Rams to relocate to L.A.; Chargers first option to join". NFL.com. National Football League. January 12, 2016. January 14, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 18, 2016.
  19. "General FAQs". Los Angeles Rams. January 18, 2016. January 17, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 18, 2016. Where will the Rams play? For the first three seasons we'll play at the L.A. Coliseum. In 2019, we’ll move into the most advanced, world-class stadium ever built located in Inglewood, CA.
  20. Kurzweil, Anthony. "Los Angeles Rams to Take Season Ticket Deposits Beginning Monday". KTLA.com. KTLA. January 18, 2016. June 29, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 18, 2016.