Fransa Milli Qvardiyası | |
---|---|
fr. Garde nationale | |
Növü | Milli Qvardiya |
Yaranma tarixi |
1789-1827 1831-1872 2016-müasir dövr |
Ölkə | Fransa |
Tərkibi | Fransa Silahlı Qüvvələri |
Sayı | 75.000 |
Qərargah | Paris, Fransa |
Komandanlıq | |
Komandir | General Gaëtan Poncelin de Raucourt |
Vikianbarda əlaqəli mediafayllar |
Milli Qvardiya (fr. Garde nationale); Fransa ordusunun, jandarmaların və polislərin ehtiyat qüvvələridirlər.
Milli Qvardiya ilk dəfə 1789-cu ildə baş vermiş olan Fransa inqilabından sonra yaradılmış və mövcud olduğu bütün zaman ərzində dövlət qulluqçularının və orta təbəqənin maraqlarını müdafiə edən bir orqan kimi görünmüşdür. Fransa Milli Qvardiyası Fransa ordusundan ayrı bir qüvvə olaraq yaradılmış və həm polis qüvvələri, həm də ehtiyatda olan hərbi qüvvələr kimi xidmət etmişdir. Bununla belə, 1792-ci ildən 1795-ci ilə qədər olan dövr ərzində, inqilabi qüvvə kimi qəbul edilmiş və aşağı rütbəli sansoteslərə malik olmuşdur. 1827-ci ildən 1830-cu ilə qədər rəsmi olaraq ləğv edilmiş, lakin sonradan yenidən yaradılmışdır. 1870-71-ci illər arasında baş vermiş olan Fransa-Prussiya Müharibəsindən qısa bir müddət sonra Parisdəki Milli Qvardiya təhlükəli inqilabi qüvvə kimi göründüyü üçün 1872-ci ildə ləğv edilmişdir.[1]
Milli Qvardiya 2016-cı ildə ölkədə baş vermiş olan bir sıra silsilə terror aktlarından sonra yenidən yaradılmışdır.[1]