Miloş Zeman | |
---|---|
çex. Miloš Zeman | |
| |
Partiya rəhbəri[d] (Çexiya sosial-demokrat partiyası) | |
28 fevral 1993 – 7 aprel 2001 | |
Partiya rəhbəri[d] () | |
6 mart 2010 – 29 may 2010 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 sentyabr 1944[1][2][…] (80 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, iqtisadçı |
Dini | ateizm |
|
|
Təltifləri | |
zemanmilos.cz kancelarmilosezemana.cz |
|
Vikianbarda əlaqəli mediafayllar |
Miloş Zeman (çex. Miloš Zeman; 28 sentyabr 1944[1][2][…], Kolin[d], Bohemiya və Moraviya protektoratlığı, Üçüncü Reyx[3][4][…]) — çex yazıçısı və dövlət xadimi, 8 mart 2013-cü ildən Çexiya prezidenti.
Miloş Zeman 1996-cı ildən 1998-ci ilə qədər Çexiya parlamentinin alt palatası olan Nümayəndələr məclisinin sədri, 1998-ci ildən 2002-ci ilə qədər isə Çexiyanın baş naziri olmuşdur. Lideri olduğu Çexiya Sosial-Demokrat Partiyası 1990-cı illərdə ölkənin əsas partiyalarından biri idi.
1968-ci ildə Praqa baharı vaxtı, Çexoslovakiya Kommunist Partiyasının üzvü olsa da Çexoslovakiyanın SSRİ tərəfindən işğalına qarşı çıxdığı üçün 1970-ci ildə partiyadan uzaqlaşdırılmışdır. 1989-cu ildə dövlət telekanalında Çexoslovakiya iqtisadiyyatını tənqid etmişdir. Bu çıxışı qalmaqala səbəb olsa da, Məxməri inqilab zamanı onunla həmfikir olan Vətəndaş Forumu liderləri ilə yaxınlaşmasına yol açmışdır.
2013-cü ildə prezident seçkilərində səslərin 54.8 faizini toplayaraq Çexiya prezidenti seçilmişdir.