Miloş Milutinoviç | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
serb. Милош Милутиновић | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 5 fevral 1933[1] | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat tarixi | 28 yanvar 2003 (69 yaşında) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat yeri | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | cinah yarımmüdafiəçisi[d] | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Miloş Milutinoviç (serb. Милош Милутиновић; 5 fevral 1933[1], Bayina-Başta[d] – 28 yanvar 2003, Belqrad) — hücumçu mövqeyində çıxış etmiş Serbiya peşəkar futbolçusu və Yuqoslaviya məşqçisi.
Milutinoviç ölkəsinin futbol tarixinin ən istedadlı oyunçulardan biri və bütün zamanların ən istedadlı cinah hücumçularından/hücumçularından hesab olunur. O, nümayiş etdiyu bacarıqlarına görə "Plava Çiqra" ləqəbini qazanmışdır.
Milutinoviç karyerası boyunca Bor, Partizan, OFK Belqrad, Bayern Münhen, Paris və Stad Franse klublarında çıxış etmişdir. Çempionlar Kubokunun 1955/1956 ilk mövsümünün ilk oyununda Sportinq Lissabonun qapısına 2 qol vuraraq Partizana 3–3 hesablı heç-heçə qazandırmışdır, Belqrada keçirilən cavab oyunda isə 4 qol vuraraq Partizanın 5–2 hesablı qələbəsində böyük pay sahibi olmuşdur. Dörddəbir final qarşılaşmasının cavab oyununda turnirin qalibi Real Madridə 2 qol vursa da yekunda hesab 3–0 ilə bitmişdir, Real Madrid ilk oyunda 4–0 hesabı ilə qələbə qazandığından futoblçunun klubu turniri tərk etdi.
O, Partizanın heyətində 213 oyunda 231 qol vurmuşdur[2] və onunla iki dəfə (1954 and 1957) Yuqoslaviya kubokunun qalibi olmuşdur. Sonradan o, öncə OFK Belqrad və daha sonra Bayern Münhen klubuna transfer olundu. 1959-cu ildə davam edən ağciyər problemləri səbəbindən əməliyyat olundu. Fransada oynamağa başlamazdan əvvəl o, bir il Almaniyada qaldı.
Yuqoslaviya milli futbol komandasının heyətində 1951-ci ildə U-19 yarışının qalibi olmaqla yanaşı turnirin "Ən yaxşı oyunçu"su adına layiq görüldü və 4 qolu sayəsində turnirin bombardiri oldu. Əsas millinin heyətində o, 21 may 1953-cü ildə 5–2 hesablı qələbə ilə bitən Uelsə qarşı oyunda çıxış etdi.
Ümumlikdə 33 dəfə millinin formasını geyinən Miloş Milutinoviç ölkəsini 1954 və 1958 Dünya Kuboku yarışlarında təmsil etmişdir.
# | Tarix | Yer | Rəqib | Hesab | Nəticə | Yarış |
---|---|---|---|---|---|---|
1. | 8 noyabr 1953 | Şəhər stadionu, Skopye | İsrail | 1–0 | 1–0 | 1954 FİFA Dünya Kuboku seçmə mərhələsi |
2. | 16 iyun 1954 | Olimpik de la Pontez, Lozanna | Fransa | 1–0 | 1–0 | 1954 FİFA Dünya Kuboku |
3. | 25 sentyabr 1955 | YXO stadionu, Belqrad | Qərbi Almaniya | 1–0 | 3–1 | Yoldaşlıq oyunu |
4. | 19 oktyabr 1955 | Dalimaunt Park, Dublin | İrlandiya | 0–1 | 1–4 | Yoldaşlıq oyunu |
5. | 0–2 | |||||
6. | 1–3 | |||||
7. | 30 oktyabr 1955 | Ernst-Happel StadionuPrater stadionu, Vienna | Avstriya | 1–1 | 2–1 | Yoldaşlıq oyunu |
8. | 9 sentyabr 1956 | YXO stadionu, Belqrad | İndoneziya | 1–0 | 4–2 | Yoldaşlıq oyunu |
9. | 2–0 | |||||
10. | 3–0 | |||||
11. | 12 may 1957 | Maksimir stadionu, Zaqreb | İtaliya | 2–0 | 6–1 | Yoldaşlıq oyunu |
12. | 4–0 | |||||
13. | 15 sentyabr 1957 | YXO stadionu, Belqrad | Avstriya | 3–3 | 3–3 | Yoldaşlıq oyunu |
14. | 17 noyabr 1957 | YXO stadionu, Belqrad | Rumıniya | 1–0 | 2–0 | 1958 FİFA Dünya Kuboku seçmə mərhələsi |
15. | 2–0 | |||||
16. | 11 may 1958 | YXO stadionu, Belqrad | İngiltərə | 1–0 | 5–0 | Yoldaşlıq oyunu |
Futbolçu karyerasını bitirdikdən sonra Milutinoviç məşqçilik etməyə başladı və məqşçi olduğu klublar arasında OFK Belqrad,[3][4] Duboçitsa (Leksovats), Proleter (Zrenyanin), Atlas,[5] Beşiktaş, Altay İK,[6][7] Velej (1981-ci ildə ölkə kuboku və Balkan Kubokunun qalibi oldu), Partizan Belqrad (1983-cü ildə ölkə çempionatını qazandı) yer alır, bundan əlavə o, Yuqoslaviya milli futbol komandasının da baş məşqçisi olmuşdur.[8]
Məşhur futbol məşqçisi Bora Milutinoviç onun qardaşı idi, digər qardaşı Milorad Milutinoviç isə 1958 FİFA Dünya Kubokunda onun komanda yoldaşı olmuşdur. 2006-cı ildə başa tutan müsahibəsində keçmiş komanda yoldaşı Draqoslav Şekularats: "Miloş Milutinoviç bir oyunçu olaraq 9/10, insan olaraq isə 29/10" olduğunu söyləmişdir.[9]
O, 23 yanvar 2003-cü ildə 69 yaşında Belqradda vəfat etdi. Oğlu Uroş (o da futbolçu idi) 2015-ci ildə vəfat etdi.
Partizan
Velej
Partizan