Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Miltoniopsis | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: ???: Miltoniopsis |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Miltoniopsis ― Səhləbkimilər fəziləsinə aid bitki cinsi.
Təbii halda Cənubi Amerika, Meksika və Şimali Amerikanın cənub hissəsində, And dağlarının şərqində, 900 metrə qədər yüksəkliklərdə rast gəlinir. Epifitdirlər (epifit bitkilər [1]), yəni ağacların gövdəsində, qaya yarıqlarında bitirlər. Təbii iqlimi sərin (15°-25 °C) və bol rütubətlidir (60%-80%). Həmçinin bol işıqlıdır. Sıx meşəliklər onları birbaşa günəş işığından qoruyur. Miltoniopsis növlərinin təsnif olunması tədqiqatçılar üçün problemli məsələlərdəndir. Ona görə də bu növlərin coğrafi mövqeyləndirilməsi hələ də tam olaraq təsdiqlənməyib.
Miltoniopsislər sadə, ağımtıl, işığa ehtiyacı olmayan köklərə sahibdirlər. Kök sistemi saçaqlıdır. Gövdəsi şişkin, sututar gövdədir. Yarpaqları saplaqsızdır, qın vasitəsilə gövdəni örtür, ona görə də gövdə görünmür. Yarpaqlar nazik, ensiz və uzun ayalıdır. Damarlanması paraleldir. Yeni yarpaqlar gövdədən tək-tək inkişaf edir. Çiçəkləri azsylıdır, ikicinslidir, sadə salxım çiçək qrupunda toplanır. Nektarlığa sahibdir. Tozlanmaları müxtəlif həşəratlar sayəsində baş verir. Meyvələri qutucuq meyvədir. Partlayandır.
Miltoniopsislər orxideyalar arasından ən çox Miltonia cinsinə oxşayır. Onların morfoloji quruluşca bir birindən fərqləndirmək nisbətən çətindir. Çoxları sadəcə çiçək quruluşlarına görə bu bitkiləri səhv salır və onları yanlış təyin edirlər. Bu növlərin indiyə qədər bir-birləri ilə hansı dərəcədə qohum olmaları tam aydınlaşdırılmayıb. Onların morfoloji fərqləri aşağıda göstərilib:
1. Miltoniopsisdə şişkin gövdə qısa olur, Miltoniada isə (onda da şişkin gövdə tipi var) uzun olur.
2. Miltoniopsislərdə yeni yarpaq tək-tək inkişaf edir, Miltoniada isə yarpaqlar cüt-cüt (2-2) inkişaf edir.
3. Miltoniopsislərin çiçəklərində ləçəklər bir-birlərinə söykənir, Miltoniada isə ləçəklər incə və ensiz olduğuna görə bir-birlərindən aralı yerləşirlər.
Öz təbiətlərində isə Miltoniopsislər sərin ərazilərdə yetişirlər. Miltonia növləri isə onlara nisbətən daha istisevən növlər olduğundan açıq, günəşli ərazilərdə də rast gəlinirlər.
Miltoniopsislərin otaq bitkisi kimi yetişdirilməsinin əsası onları sərin və rütubətli şəraitdə saxlamaqdan başlayır. Temperaturun minimum 15 °C, maksimum 25 °C intervalla olması onlar üçün idealdır. Bu intervaldan kənaraçıxmalar Miltoniopsisi stressə sala bilər və bitki məhv ola bilər. Digər orxideyalar kimi rütubətə (60%-80%) tələbkardır. Rütubət yaratmaq üçün bitkinin yanına dayaz bir qabda su qoymaq olar. Su buxarlndıqca, bitkinin ətrafında nəm yaradacaq. Hətta, bitkini həmin dayaz qabın içinə də yerləşdirmək olar. Amma dibçək suya toxunmamalıdır. Qabın içinə xırda daşlar yığıb, bitkini qabın içində o daşların üstünə yerləşdirmək olar. Əks halda dibçək suya toxunarsa, köklər daima suda qalıb boğular və bitki çürüyüb məhv ola bilər. Miltoniopsislər, həmçinin suya da tələbkardırlar, yaz yay aylarında həftədə 1 dəfə sulanması və ayda bir dəfə gübrəli su ilə qidalandırılmalıdırlar. Payız və qış aylarında isə 14 gündən bir sulama və 2-3 ayda 1 gübrəli su ilə qidalandırma kifayət edir. Torpağa tələbkar deyil. İstər ağac qabıqlarında, istərsə də adi torpağa əkmək olar. Dibçək seçimi sərbəstdir, kökləri işığa ehtiyac duymadıqları üçün şəffaf dibçək vacib deyil. Bol işıq sevəndir, lakin birbaşa günəş işığına məruz qoymaq olmaz. İşıqlandırmada güclü led projektolardan istifadə etmək əlverişlidir. İşıqlandırmada diqqət edilməsi vacib olan daha bir nüans isə bitkinin fotoperiodizmidir. Beləki, hər fəslə uyğun bitkinin müəyyən miqdar (bu miqdar saatla ölçülür) işığa ehtiyacı olur. Əgər süni işıqlandırma istifadə ediriksə, bunları nəzərə almaq lazımdır. Bitkini hava cərəyanına, küləyə məruz qoymaq olmaz. Xüsusilədə də çiçəkli dövrdə. Həmçinin çiçəkli dövrdə dibçək dəyişmək olmaz. Bütün bunlar bitkini stressə salar və çiçəklərinin vaxtından əvvəl tökülməsinə, hətta bitkinin özünün məhvinə səbəb olar.