Milçəklər tanrısı (film, 1990)

Milçəklər tanrısı
Lord of the Flies
Janr Dram, macəra, gərilim, qorxu
Rejissor Harri Huk
İstehsalçı Castle Rock Entertainment[d]
Distribütor Columbia Pictures
İlk baxış tarixi 16 mart, 1990
Filmin digər adı

L'Île Oubliée (Fransa) Il Signore delle Mosche (İtaliya) El Señor de las Moscas(İspanya)

Herr der Fliegen (Almaniya)
Müddət 90 dəqiqə
Büdcə 9 milyon dollar
Gəlir 13 milyon dollar
Ölkə Amerika Birləşmiş Ştatları
Dil İngiliscə
İl 1990
Əvvəlki film Milçəklər tanrısı (1963)
Rəng Rəngli
IMDb ID0100054

Milçəklər tanrısı — 1990-cı il məhsulu olan amerikan drama gərilim filmi. Film Uilyam Qoldinqin 1954-cü ildə yazdığı eyniadlı roman əsasında çəkilmişdir.

Evə dönən 24 amerikan hərbi məktəb tələbəsini daşıyan təyyarə Sakit okeandakı uzaq, kimsəsiz orman adasının yanına düşür. Həyatda qalan tək yetişkin təyyarə pilotu kapitan Bensondur. O da çox ciddi şəkildə yaralanır və çılğına dönür. Həyatda qalanların hamısı adaya gəlir. Gecə boyunca ən müstəqil tələbə olan Simon bir çay tapır və digər uşaqlara xəbər verir. Hamısı oradan su içir və daha sonra adanı kəşf etməyə başlayırlar. Bu arada "Donuzcuq" (Piqqi) ləqəbəli kök bir tələbə (hekayə boyunca əsl adı açıqlanmır) və eynəkli başqa tələbə balıq qulağı tapır və onu qruplaşmış kursantlara aparırlar. Nüfuzlu tələbə və böyük uşaqlardan biri Kadet Koronel Ralf çətin vəziyyətdən çıxmaq üçün uşaqları bir yerə toplayır. Ralf və daha böyük uşaqlardan biri olan Cek basqın olurlar. Qrup üçün rəsmi lider seçmək üçün hazırlıqsız seçim təşkil olunur. Ralf qazanan elan olunur. Keçən gəmilərin diqqətini cəlb etmək üçün Piqqinin eynəkləriylə od qalayırlar. İşlər bir müddət problemsiz gedir. Amma qısa müddətdən sonra Ralf və Cek arasında gərilim artmağa başlayır.

Bir gecə hamı yatarkən xəyalpərəst kapitan Benson uşaqlardan uzaqlaşıb meşəyə gedir. Axırda dərinlikdəki bir mağaraya yol tapır. Cek büyün ovçularını meşəyə ova aparır və atəşi izləyən heç kəsi buraxmır. Od söndüyündən yaxınlıqdan keçən vertolyot onları görmür. Ralf bunda Ceki təqsirkar bilir. Növbəti dava sırasında Cek Ralf və Piqqiyə qulaq asmaqdan bezdiyindən onlardan ayrılır və özünə yeni düşərgə salır. Get-gedə daha çox oğlan Cekin tərəfinə keçir. Bu arada Leri adındakı oğlan kapitan Bensonu mağarada tapır, amma onu hər hansı bir heyvanla səhv salaraq onu bıcaqlayır. Sonra da qaçıb olanları uşaqlara danışır. Cek və yardımçısı Roqer daha sonra mağaranın girişinə gedir. Amma kapitan Bensonun ölüm iniltilərini heyvan səsiylə səhv salaraq bərk qorxurlar.

Bir gecə Cek və ovçuları daha çox nizə düzəldə bilmək üçün Ralfdan bir bıçaq oğurlayırlar. Amma bu əsnada səhvən Piqqinin eynəyi qırılır. Xilas olunmağı gözləyən Ralfın keçən gəmilərə adada olduqlarını bildirmək üçün qalıcı işarət atəşi qurur. Xilas olmağı gözləməyən və ya istəməyən Cekin vəhşi liderliyi şəraitə uyğunlaşır, düşərgəsini hər iki kampı da ətlə təmin edən nizəçi ovçular olaraq qurur. Bir vəhşi qaban öldürürlər və başını mağarada olduğuna inandıqları "bədheybətə" qurban verirlər. Sonunda Ralfın dostlarından ikisi tək yumurta əkizləri Sam və Erik onu Cekin qəbiləsinə qoşulmaq üçün tərk edirlər və beləliklə Ralfın yanında sadəcəı Piqqi və Simon qalır.

Bu sırada Simon donuzun başını çubuğun üstündə tapır. Daha sora mağaranı kəşf etmək üçün parlayan çubuq işlədir və yüzbaşı Bensonun cəsədini tapır. Simon uşaqların yüzbaşı Bensonu bədheybətlə səhv saldıqlarını fərq edir. Bunu uşaqlara demək üçün sahilə qaçır. Amma rəngli çubuğu və qaçması uşaqları qorxudur. Uşaqlar onu tanımayıb ölənə qədər nizə ilə vurur. Səhəri gün Ralf ovçuların Simonu öldürməsini əngəlləmədiyi üçün özünü və Piqqini təqsirkar bilir. Daha sonra Cek qəbiləsinə bedheybətin hər hansı yolla gələ biləcəyini deyir.

Piqqinin eynəkləri o gecə Cekin vəhşiləri tərəfindən od qalaya bilmə üçün oğurlandıqdan sonra Piqqi və Ralf Cekin Kastl Rokdakı düşərgəsinə gedərək dəniz qabıqlarından istifadə edərək bir toplantı qurmağa çalışırlar. Piqqi hər kəsin məntiqli olması və birlikdə işləməsi barəsində israr edir. Ancaq Cekin vəhşiləri dinləməyi rədd edir. Piqqi danışarkən Roqer bir qayanı uçurumdan itələyir və Piqqinin başına düşür. Piqqi həmin andaca ölür. Ralf Cekden intiqam almağa and içir. Cek də bunu ciddi təhdid olaraq qəbul edir. Cek ovçularıyla birlikdə Ralfa daş ataraq onu uzaqlaşdırır. O gecənin irəliləyən saatlartında Ralf gizlincə düşərgəyə gələrk Sam və Eriki ziyarət edir.

Ertəsi sabah Cek və ovçuları Ralfı gizləndiyi yerdən çıxarmaq və onu öldürmək üçün ormanı atəşə verməyə başlayır. Yayılan atəşdən və Cekin ovçularında çətinliklə qurtaran Ralf umutsuzcasına dənizə qaçır. Adanın çoğuna yayılan yanğını gördükdən sonra digər dəniz piyadaları ilə adaya təzə gələn Birləşmiş Ştatlar Dəniz Piyadaları zabitiylə qarşılaşdığı yerdə sahilə yıxılır. Ovçular axmaqcasına səssizlik içində izlərkən Ralf gözyaşlarına boğulur.

Aktyorlar və rollar

[redaktə | vikimətni redaktə et]