Milçəköldürən

1827-ci ildə Osmanlıların Əlcəzairdəki valisi Hüseyn Dey ödənilməmiş borcla bağlı fransız səfiri ilə apardığı qızğın mübahisə zamanı milçəköldürənlə həmsöhbətinin sifətinə bərk zərbə vurmuşdu. Bu təhqiramiz davranışı bəhanə kimi istifadə edən Fransa hökuməti isə 3 il sonra Əlcəzairə qoşun çıxartmış və 1830-cu ildən başlayaraq, Əlcəzairi öz müstəmləkəsinə çevirmişdi.