Mine Okubo

Mine Okubo
Doğum tarixi 27 iyun 1912(1912-06-27)[1]
Doğum yeri
Vəfat tarixi 10 fevral 2001(2001-02-10) (88 yaşında)
Vəfat yeri
Təhsili Berkli Kaliforniya Universiteti
Fəaliyyəti vizual incəsənət rəssamı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mine Okubo (ing. Miné Okubo; 27 iyun 1912[1], Riversayd[d], Kaliforniya10 fevral 2001, Qrinviç Villic[d], Nyu-York ştatı) – yaponəsilli ABŞ sənətçisi və yazıçısı. İkinci dünya müharibəsi zamanı ABŞ yaponlarının internasiya düşərgələrindəki həyatını təsvir edən "Vətəndaş 13360" kitabına görə tanınır.[2] Mürəkkəblə çəkilmiş 206 rəsmin olduğu bu kitab bu düşərgələrdəki həyatı təsvir edən ilk kitabdır.[3]

Mine Okubo 27 iyun 1912-ci ildə ABŞ-nin Kaliforniya ştatının Riversayd şəhərində doğulmuşdur.[2] Onun ailəsi ABŞ-yə miqrasiya etmiş birinci nəsildən olan yaponlar idi.[2] Atası bağbanlıqla məşğul olurdu, anası isə Tokio İncəsənət İnstitutundan məzun olmuşdu.[2]

Okubo Riversayd İcma Kollecində təhsil almış, daha sonra incəsənət üzrə master dərəcəsi əldə etmək üçün 1936-cı ildə Berkli Kaliforniya Universitetinə daxil olmuşdur.[2] Berta Taussiq təqaüdü vasitəsilə Avropaya səyahət etmiş, lakin İkinci dünya müharibəsinin başlaması və anasının xəstələnməsi səbəbilə ABŞ-yə qayıtmışdır.[2] O, Federal İncəsənət Proqramında işləməyə başlamış və Dieqo Riveranın sənətini öyrənmişdir.[2] Federal İncəsənə Proqramı çərçivəsində ABŞ ordusu üçün Fort-Ord, Qovernment adası, Oklend Qonaqpərvərlik Evi və Trejer adasında divar rəsmləri və mozaikalar yaratmışdır.[2]

İnternasiyası

[redaktə | mənbəni redaktə et]
Okubonun Aralıq dənizi mövzusunda hazırladığı divar rəsmi.

1943-cü ildə ABŞ prezidenti Franklin Ruzvelt 9066 saylı sərəncamı imzaladıqdan sonra Okubo komendat saatı və səyahət məhdudiyyətlərindən azad edilmək üçün xüsusi icazə istəmişdir.[2] Lakin o qardaşı Toku ilə birlikdə Kaliforniyanın San-Bruno şəhərində yerləşən Tanforan Toplama Mərkəzinə gətirilmiş və il yarım bir at tövləsində yaşamışdır.[2] Daha sonra isə Yuta ştatında yerləşən internasiya düşərgəsinə göndərilmişdir.[2]

Okubo internasiya düşərgəsinin ədəbi jurnalı üçün rəsmlər çəkmiş, məktəblilərə incəsənət dərsləri vermiş, düşərgənin qəzeti üçün redaktorluq etmişdir.[2] O, Tanforan Toplama Mərkəzində və Topaz düşərgəsində 250 rəsm çəkmişdir.[2] Okubo düşərgənin "Trek" adlı jurnalı tərəfindən keçirilmiş rəsm müsabiqəsində qalib gəlmiş və məqalələrinin yayımlanması üçün "Fortune" jurnalı ilə müqavilə bağlamışdır.[2] Müharibənin başa çatmasına yaxın jurnalın redaktorları onu Nyu-York şəhərinə gətirə bilmişdirlər.[2]

Okubo Nyu-York şəhərində jurnal və kitab illüstratoru kimi tanınmağa başlamışdır.[2] Onun işləri "Time", "Life""New York Times" kimi nəşrlərdə peyda olmuşdur.[2] Okubo 1950-ci ildə Nyu-Yorku tərk edərək Berkli Kaliforniya Universitetində incəsənət üzrə mühazirələr verməyə başlamışdır.[2] Lakin 1952-ci ildə sənət bacarığını inkişaf etdirmək üçün Nyu-Yorka qayıtmışdır.[2] Əsərləri Nyu-York, Massaçusetts və Oklenddə sərgilənmişdir.[2]

Vətəndaş 13660

[redaktə | mənbəni redaktə et]

İkinci dünya müharibəsindən sonra yazılmış "Vətəndaş 13660" Okubonun ən məşhur əsəri sayılır və internasiya həyatını əks etdirən rəsmlər, eləcə də, şərhlərdən ibarətdir.[2] Kitab ABŞ yaponlarının internasiyasını əks etdirən ilk kitabdır.[2] 13660 Okubonun internasiya düşərgəsindəki nömrəsi olmuşdur.[2] Okubo bu əsəri ona məktub yazan və tədarük göndərən dostları üçün internasiya təcrübəsini sənədləşdirmək ideyası ilə yazmağa başlamışdır.[2] Kitabdakı rəsmlərin çoxunu müşahidəçi qismində çəkdiyi üçün əsər avtobioqrafik də sayılır.[2]

Okubo kitabın nəşri üçün nəşriyyat tapmaqda çətinlik çəksə də, 1946-cı ildə Columbia University Press ilə razılığa gələ bilmişdir.[2] Kitab 1983-cü ildə University of Washington Press tərəfindən yenidən nəşr olunana qədər kiçik tiraj seriyaları ilə dövriyədə olmuş və bir neçə dilə tərcümə olunmuşdur.[3] Okubo 1981-ci ildə Müharibə Dövründə Vətəndaşların Yerdəyişməsi və İnternasiyası üzrə ABŞ Konqres Komissiyası üçün şahidlik etmiş və kitabı komissiyanın qeydlərinə daxil olmuşdur.[2] Kitab 1984-cü ildə Amerika Kitab Mükafatına layiq görülmüşdür.[3]

  • Ling, Huping; Austin, Allan. Asian American: History and Culture - An Encyclopedia (ingiliscə). Routledge. 2010. səh. 448–449. ISBN 978-0-7656-8077-8. İstifadə tarixi: 1 noyabr 2022.