Minhva

Minhva ( Hanqıl: 민화 ) daha çox səyahət edən və ya naməlum sənətçilər tərəfindən rəsmi təlimi olmadan meydana gələn Koreya xalq sənətinə aiddir. Minhva Yanagi Muneyoshi tərəfindən yaradılmışdır. Minhva-nın hərfi mənasında "xalqın boyası" və ya "məşhur rəsm" deməkdir. Bu rəsm növü keçmişdən miras qalan üslublara, kanonlara və janrlara sadiq qalaraq adsız sənətkarların rəsmləri idi. Minhva həmçinin özündə sehirli aspektlər də cəmləşdirirdi. Minhvaların faydalı kəramətlərə sahib olduqlarına həmçinin sahiblərini və ailələrini pis qüvvələrdən qoruduqlarına inanılırdı. Durnalar, qayalar, su, buludlar, günəş, ay, şam ağacları, tısbağalar, böcəklər və çiçəklər kimi populyar mövzuları özündə birləşdirirdi. Minhva sənəti inkişaf edərək on yeddinci əsrdə bugünkü halına keçid etdi. Minhva sənətçiləri bir yerdən başqa yerə gəzən adi insanlardır ki, ümumiyyətlə yerli xalq üçün rəsm çəkəcəkləri festivallara qatılaraq öz işlərini yerinə yetirirdilər. Həyatlarının önəmli mərhələləri minhva rəsmlərinin boyanması ilə əhatə edilmişdir. Həm adi insanlar, həm də zadəganlar bu sənətkarlara minhva çəkmələri üçün tapşırıq verirdilər. Rəsmlər bir sıra səviyyələrdə işlənmişdir. Onlar xalq mifologiyasından və əfsanələrindən, xoşbəxtlik, sərvət və sağlamlıq simvollarından və gündəlik həyat səhnələrindən fiqurlar göstərir. Ən çox yayılmış fiqurlar, gücü təmsil edən pələng və müvəffəqiyyəti təmsil edən sazan kimi heyvanlardır. Rəsmlər kağız və kətan üzərində çəkilmişdir. Müstəmləkə hökmranlığı dövründəki geriləmədən sonra, koreya müharibəsi yavaşlayana qədər minhva sənəti qısa bir partlama yaşadı. 1980-ci illərdəki maraq və populyarlığı bu günə qədər davam edən Minhvanın canlanmasına zəmin yaratdı.

Magpie və pələng

[redaktə | mənbəni redaktə et]

Kkachi horangi (Hanqıl: 까치 호랑이), sağsağan və pələngləri əks etdirən görkəmli bir minhva janrıdır.

Kkachi horangi rəsmlərində qəsdən gülünc və axmaq bir görünüş verilən pələng (dolayısı ilə

axmaq pələng ( 바보 호랑이 ləqəbi ilə) avtoritet və aristokratik yangbanı təmsil edir, hörmətli sağsağan isə adi insanı təmsil edir. Beləliklə, kkachi horangi rəsmləri Joseon feodal cəmiyyətinin iyerarxik quruluşunun bir satirikası idi.

Çiçək yazısı

[redaktə | mənbəni redaktə et]

Munjado (문자 도; 文字 圖), çiçək yazısı (꽃 글씨; kkotgılşi) olaraq da bilinir, 18-19-cu əsrlərdə məşhur olan minhwa növüdür və Konfutsi fəlsəfəsi ilə əlaqəli əsas Çin simvollarının mənasını, əlaqəli hekayələrin təsvirlərini və xarakterlərin özlərinə çəkilən mövzuları əks etdirir.

Chaekgeori, dominant mövzu olaraq kitabların yer aldığı natürmort rəsminin bir növüdür.

Başlanğıcta yuxarı təbəqə tərəfindən qəbul edilmiş saray sənəti olan chaekgeori, on doqquzuncu əsrdə orta təbəqənin minhva xalq sənətinə yayıldı və daha ifadəli və mücərrəd təsvirlərlə göstərildi, buda ilkin motiv kimi kitab rəflərində əhəmiyyətinin azalmasına səbəb oldu.

Koreya bir zamanlar pələnglər idi. Bu gün demək olar ki, tamamilə məhv olsalar da,

Koreyada o qədər çox pələng var idi ki, bu ölkənin çox sayda dağının hər birində tapıla bilərdi.

Tez-tez heyvan yemək və hətta insanlara zərər vermək üçün insan kəndlərinə enən pələng

qədim koreyalılar tərəfindən heyvandan daha artıq məna kəsb edirdi. Dağ şahzadəsi ləqəbi ilə

ondan qorxulur və həmçinin hörmət edilirdi. Pələng eyni zamanda Koreyanın xalq rəsmlərində

ən çox təsvir olunan mövzudur. Ancaq Minhvada dəhşətli və müqəddəs bir pələng gülməli

absurd bir məxluq kimi təsvir olunur. Bu o demək deyilki minhva pis çəkilib. Minhvanın məzəli

təsvirləri bu müqəddəsliyə daha mehriban bir davranış və görünüş verərək insanlara pələng

qorxusunu aradan qaldırmağa kömək etdi.

Minhva hazırkı dövr

[redaktə | mənbəni redaktə et]

Vaxtilə adi insanların gündəlik həyatının mərkəzi olan Minhva indi yalnız muzeylərdə və ənənəvi

əl sənətlərində görülə bilir. Artıq heç kim pələnglərin şəkillərini və ya digər fiqurların simvollarını

evlərində asmır. Minhva, müasir dövrdə köhnə məhəllələrin səkilərinin divarlarını bəzəyən

şəkillər, avtomobil etiketləri, cib telefonu qapaqlarında və məktəb ləvazimatları ilə yenidən doğulur

və populyar cizgi filmi personajları ilə bəzədilmiş futbolkalarda öz əksini tapır. Minhva tərifinə

görə adi insanların sənət əsəridir. İnsanlar mövcud olduğu müddətdə, müəyyən bir dövrün

dəyişən şərtlərini, dəyərlərini və mədəniyyətini əks etdirən minhva da olacaqdır.

Minhva sənətkarı

[redaktə | mənbəni redaktə et]

Sənətkar XIX əsrdə Koreya xalq rəssamlığı olan Minhva-dan ikonografi istifadə edir. Seogmin Ahn hər bir rəsmdə maraqlı hekayələr yaratmaq üçün onu, Qərb mədəniyyəti və ya gündəlik mühit ilə birləşdirir.

Mövzu müxtəlif olsa da, sənətkar həmişə ənənəvi minhvada istifadə olunan eyni materialları və texnikaları istifadə edir. Məsələn, Ahn dovşan dəri yapışqanından çox sayda şəffaf rəng qatını tətbiq edərək dərin və doymuş rənglər yaradır.

https://www.korea.net/TalkTalkKorea/English/community/community/CMN0000002326

http://www.antiquealive.com/Blogs/Minhwa_Korean_Folk_Painting.html

http://www.koreanculture.org/gallery-korea/2020/3/11/minhwa-minhwa-korean-folk-paintings-in-dialogue-with-the-contemporary