Minzələ rayonu | |
---|---|
Минзәлә районы | |
![]() | |
55°37′ şm. e. 53°08′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Menzelinsk |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 10 avqust 1930 |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Rəsmi sayt | |
![]() |
|
![]() |
Minzələ rayonu (tatar. Минзәлә районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın şimal-şərqində yerləşir. Respublikanın Alabuqa rayonu və Udmurtiya (Alnaş, Qraxov rayonları), Nijnekamsk su anbarı ilə isə Tatarıstanın Tukay və Əgerce rayonları ilə həmsərhəddir. Rayonun inzibati mərkəzi Minzələ şəhəridir.
Respublikanın Aktanış, Müslüm, Sarman, Tukay, Əgerce rayonları və Udmurtiya (Karakulinski rayonu) ilə həmsərhəddir.
Sahəsi 1919.75 km²-dir. Bu, bütün Tatarıstanın 2.8% ərazisidir. Əkin sahələri ümumi ərazinin 45% -ni, meşə 12% -ni, otlaqlar 8% -ni, çəmənliklər 24% -ni təşkil edir. Nijnekamsk su anbarının qurulması nəticəsində rayon torpaqlarının bir hissəsi su altında qalmışdır.
Ümumilikdə rayonun iqlimi respublikanın iqliminə bənzəyir. İqlimi mülayim kontinentaldır.
Üstünlük təşkil edən torpaqlar: çəmənlik, karbonatlı qara və boz meşə.
Relyef əsasən düzənlikdir. Rayonun qərbində hündürlük 300 m-ə qədərdir.
1920-ci ilə qədər rayonun ərazisi Ufa vilayətinin Minzələ qəzasının tərkibində idi. 1920-ci ildə Minzələ qəzası yeni qurulan Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının tərkibinə daxil olur.
Rayon 10 avqust 1930-cu ildə təsis edilmişdir.
Şəhər şəraitində (Minzələ şəhəri) rayon əhalisinin 60,82% -i yaşayır.
Rayon əhalisi tatarlar (60,1%), ruslar (35,4%) və marilər (2,7%) ibarətdir[2]. Dini baxımından əhalisi müsəlman və provaslavdır.
Mendeleyevsk rayonu ərazisinə 1 şəhər və 19 kənd inzibati vahidliyi daxildir. Rayon ərazisinə ümumilikdə 70 yaşayış məntəqəsi daxildir[3].
Yol şəbəkəsi zəif inkişaf etmişdir. Rayon ərazisi M-7 (Volqa) "Moskva - Kazan - Ufa" magistral yolu ilə kəsişir. Digər əsas yollar: Minzələ - Kadryakovo - Yultimerovo (Sarman, Əlmət) və Yuxarı Yuşad - Yuxarı Tabun (Muslin).
Kama çayı vastəsi ilə gəmiçilik mümkündür. Dəmir yolları şəbəkəsindən məhrumdur. Minzələnin qərb hissəsində hava limanı vardır.
Rayon ərazisində rus və tatar dillərində “Minzələ” adlı qəzet buraxılır.