Miquaşa Milli Parkı

Miquaşa Milli Parkı
Miguasha National Park
Sahəsi
Yaradılma tarixi 6 fevral 1985[2]
Yerləşməsi
48°06′38″ şm. e. 66°22′10″ q. u.HGYO
Ölkə
sepaq.com/pq/mig/fr/
Miquaşa Milli Parkı xəritədə
Miquaşa Milli Parkı
Miquaşa Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Miquaşa Milli Parkı (fr. Parc national de Miguasha) — Kanada yerləşən milli park. 1999-cu ildə Dünya irsi (YUNESKO) siyahısına alınmışdır.

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Miquaşa Milli Parkı dünyada Devon dövrü (paleozoik dövr) ya da "Balıq Dövrü" olaraq tanınan dövrdən qalma ən böyük paleontoloji qalıqlara sahibdir. 370 milyon il əvvəl yaşamış 6 əsas balıq qalığı qrupunun beşi burada tapılmışdır. Lob üzgəcli balıqlar və tetrapod (ilk dörd ayaqlı, hava tənəffüs quru onurğalıların) balıqlarının çox gözəl qorunmuş qalıq nümunələrindən bir çoxu burada aşkarlanmışdır. Sahil bölgələrindəki qayalıqlar 350–375 milyon illik boz sedimental (fərqli qumdaşı laylarından ibarətdir) qayalardan meydana gəlmişdir. Bölgədə ağcaqayın ağacları, titrək qovaq və fir meşələri da var. Miquaşada tapılmış olan bəzi balıq, fauna (bütün heyvan növləri) və digər bütün fosillər çox nadir və antik dövr nümunələridir. Məsələn, burada aşkarlanmış Spermasposita bitkisinin yer üzündəki ən qədim çiçək açan bitki növü olduğu düşünülməkdədir. Bu fosil bölgəsi ilk olaraq 1842-ci ildə bir geoloq, tibb həkimi və neft sənayesində qabaqcıl biznesmen olan Abraham Qesner (1797–1864) tərəfindən kəşf edilmişdir. Bu bölgədən günümüzə qədər 5.000-dən çox qədim balıq növü tapılmışdır.[3]